Язык:
Русский
Uşaqların rasionunda mütləq süd, ət və yumurta olmalıdır
01 марта 2018 12252Bitki mənşəli dietalar saxlayan və ət məhsullarından tamamilə imtina edən adamlar ahıl yaşlarında ağıl zəifliyi və digər bu kimi xəstəliklərə düçar ola bilərlər.
Bu, rasionda yodun çatışmazlığı ilə izah olunur.
Tədqiqatçılar qeyd edirlər ki, söhbət ətdən çox süd məhsullarından gedir.Çünki adı çəkilən element ən çox məhz elə süd məhsullarının tərkibindədir.
Aparılan tədqiqatlar göstərib ki, vegetarian rasionunu gözləyən adamların İQ səviyyəsi, bu rasiona riayət etməyən adamların İQ-dən 13 punkt aşağıdır.
Mütəxəssislər bir şeydən xüsusilə ehtiyat edirlər – qidanın belə rejimlə qəbul olunması gələcək nəslə də neqativ təsir göstərə bilər.
Alimlər soya, badam, düyü, vələmir və inək südünü analiz ediblər. Təcrübələr göstərib ki, bitki mənşəli içkilərin tərkibində yodun miqdarı ət məhsullarındakından ən azı 2% azdır.
Alınan nəticələr fonunda klinisistlər belə nəticələrə gəliblər: tamamilə bitki tərkibli dietaya keçmək qətiyyən tövsiyə olunmur. Bu zaman orqanizm funksiyasının ciddi simptomatik pozuntusu müşahidə olunmasa da, neqativ fəsadlar mümkündür. Bu, əsasən, uşaqlara aiddir – onların rasionunda mütləq süd, ət və yumurta olmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1