Язык:
Русский
Boyat çayın faydaları
01 марта 2018 14407Dəmlikdə qalan çayı çöp qutusuna atırıq. Ancaq əksəriyyəti boyat çayın faydalarından bixəbərdir.
- Şişmiş gözlər üçün xeyirdir.
- Saçınız parlaq deyilsə, şampunla yuduqdan sonra son su olaraq bir çaydanlıq ilıq çayla saçınızı yuyun. Bu üsul parlaqlıq qazandıracaq.
- Əgər ayaqlarınız qoxursa, o zaman ilıq çay dolu ləyənə ayaqlarınızı qoyun və hər axşam yatmazdan öncə 10 dəqiqə gözlədin. Ayaqlarının qoxusundan xilas olacaqsınız.
- Çayın qalıqlarını süzün və soyuyan dəmi boğaz ağrılarının qarşısını almaq üçün qarqara olaraq istifadə edin.
- Dəriniz çox yağlıdırsa, hamamdan çıxmazdan öncə son su olaraq bir çaydanlıq çay ilə dərinizi ovuşdurun.
- Çayı dərinizdəki yaraların təmizlənməsi və antibiotik təsiri göstərməsi üçün pambıqla yaranın üzərinə sürtərək istifadə edə bilərsiniz.
- Balıq və ya soğanı təmizləyincə əllərinizi sabunla yuyursunuz. Ancaq buna baxmayaraq çox vaxt iy əldən getmir. Bu zaman köməyə dəmli çay gəlir. Əlinizi dəmli çayla yuyun və qoxunun qalmadığını görəcəksiniz.
- Soyuducunuz iy verirsə dəmlikdə qalmış çay qalıntılarını qurudub bir qab içərisində soyuducunun orta rəfinə yerləşdirin və iydən əsər-əlamət qalmayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1