Язык:
Русский
Bu xəbərdən sonra uşağınızın süd dişlərini atmayacaqsınız
01 марта 2018 16828Əksər valideyn uşağının süd dişlərini saxlamır. Amma araşdırmalara görə, süd dişləri gələcəkdə həyatınızı xilas edə bilər.
Əslində süd dişlərinin tökülməsi hər valideyn üçün xüsusi anlardan biridir.
Süd dişlərini saxlamaq uşağınızın irəliləyən yaşlarında qarşılaşa biləcək xəstəliklər üçün olduqca mühümdür. Bu dişlərin tərkibində sinirləri tənzimləyən, sümük toxumalarını, ürək problemlərini sağaldan kök hüceyrələr mövcuddur. Yəni uşağınızın öz süd dişindən yaranan kök hüceyrələrlə gələcəkdə yarana biləcək xəstəlikləri müalicə etmək mümkündür.
Araşdırmalar zamanı belə hüceyrələrlə qan xərçəngi, sümük iliyi kimi xəstəliklərin də müalicə oluna biləcəyi bildirilib.
Bununla yanaşı bəzi ailələr doğulan uşağın göbək bağını da saxlamağı özlərinə vacib bilirlər. Saxlamayan ailələr isə bir daha uşağın kök hüceyrələrini tapa bilməzlər. Bu baxımdan süd dişləri mütləq saxlanılmalıdır. Son illərə Amerika və İngiltərədə süd dişi bankları fəaliyyətə başlayıb . 2007-ci ildən bu yana isə Türkiyədə də belə bank fəaliyyət göstərir. Uşağın süd dişi düşdükdən sonra 48 saat içərisində banka çatdırılmalı və dondurulmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1