Язык:
Русский
Gərgin onurğa sindromu (tethered cord) nədir?
27 февраля 2018 13601Gərgin onurğa sindromu onurğa iliyinin böyüməsi ilə bağlı problemdir. Onurğa iliyi onurğa sümükləri içərisində uzanır. Normalda onurğa sümükləri onurğadan daha sürətli böyüyürlər. İlik, onurğa sümükləri arasındakı kanal içərisində sərbəst hərəkət edə bilir. Yaş irəlilədikcə onurğa iliyi, onurğa içərisində daha qısa qalır. Onurğa iliyi onurğa sümüklərinə yapışırsa zaman daxilində gərgin onurğa sindromu yaranır.
Bu, ayaqlara vurulan ağrıdır. Ağrının səbəbi sinir uclarının gərilməsi olduğundan ağrıkəsicilərin təsiri azdır. Ayaqlarda gücsüzlük ortaya çıxa bilər.
Onurğa və iliyin dəqiqliklə izlənilməsi gərəklidir. Onurğanın son qismlərinin onurğa sümüklərinə yapışdığı yer görünür.
- Qüvvət itkisi
- Ayaqda durmaqda çətinlik
- Hissiyyat pozuntuları
- Bel ağrıları
- Ayaq ağrıları
- Ortopedik göstəricilər
- Skoliroz
- Tomoqrafiya, MRT vasitəsilə dəqiq diaqnoz qoyulur.
Müalicədə məqsəd sinirlərin zədələnməsinin qarşısını almaqdır. Bu məqsədlə beyin və sinir cərrahiyyəsi mütəxəssisləri tərəfindən yaxından izlənilir, əgər gərək duyularsa cərrahi müdaxilə edilir.
Əməliyyat üçün seçilən zaman əsasdır. Müdaxilə nevroloji göstəricilər ortaya çıxmazdan öncə edilməlidir. Gec qalınarsa qalıcı sinir zədələnmələri ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1