Язык:
Русский
Kompyuterə 20 dəqiqə baxdıqdan sonra bunu edin
23 февраля 2018 12603Göz poblemlərindən ən çox kompyuter arxasında işləyənlər əziyyət çəkirlər.
Türkiyəli oftalmoloq Serdar Kuruca, göz sağlığını qorumaq üçün etməli olacaqları açıqlayıb. Onun sözlərinə görə, göz səhhətini qorumaq üçün kompyuterdə 20 dəqiqə işlədikdən sonra, gözləri bağlayaraq ya da uzağa baxaraq 20 saniyə istirahət etdirməlidirlər.
“Kompyuterə baxma sindromu” haqqında məlumat verən mütəxəssis Serdar Kuruca, gözlərdə ağrı, yorğunluq, narahatçılıq, qızarıqlıq, bulanıq görmə, ikili görmə kimi əlamətlərlə üzə çıxan bu xəstəliyin 21-ci əsrin ən çox yayılan sənət xəstəliklərindən olduğunu qeyd edib. Bu xəstəlikdən və göz səhhətimizi qorumaq üçün bəzi hərəkətlər edilməlidir.
Həkim bu barədə vacib məlumatlar verib:
“Ofislərdə kompyuterlər yerinə sənədlərin olduğu illərdə görülən işlərə tez-tez ara verilirdi. Hazırda isə bütün işlər texnologiya vasitəsilə görülür. Bunun üçün gözlərə istirahət verilməlidir”.
Mütəmadi olaraq ekrana baxma nəticədə dəqiqədə 15-20 olan göz qırpma refleksi 5-ya düşüb. Daha öncə göz qırpma gözlərdə quruma, ağrı, yorğunluq, qızarıqlıq hətta baş boyun ağrılarına yol açır. Alacağnız tədbirlər bu sıxıntıları azalda bilər.
Bu 20-20 qanunudur Kompyuterdə 20 dəqiqə çalışdıqdan sonra, gözlərinizi bağlayın və ya uzağa baxaraq 20 saniyə istirahət etdirin. Kompyuter ekranını göz səviyyənizdən daha aşağıya salın. Beləliklə göz qapağı aralığı azalır.
İşlədiyiniz ortamı yaxşıca havalandırın. Bəlli aralıqlarla kompyuterin arxasından qalxın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1