Язык:
Русский
Ekonomik ampullar xəstəlik yayır
23 февраля 2018 13295Ekonomik lampalar elektrikə qənaət baxımından çox faydalıdır. Bu səbəbdən işıq puluna qənaət etmək baxımından əksər insan bu növ ampullardan istifadə edir.
Ancaq təəssüf ki, bu səhhət üçün də eyni mənanı daşımır. Mütəxəssislər belə ekonomik lampalardakı civənin çox təhlükəli olduğunu bildirib.
Ekonomik ampullardan istifadə son zamanlar artıb. Belə ampullar qırıldığı zaman ortaya riskli nəticələr çıxa bilər.
Bunun da əsas mənbəyi və səbəbi civə buxarıdır. Çünki bu ampullar qırıldığı zaman içərisindəki civə ortamda dərhal buxarlaşır. Tənəffüs yolu ilə qəbul edilir və ciddi problemlərə səbəb olur. Bu səbəbdən toplanması, daşınması zamanı çox diqqətli olmaq vacibdir. Uyğun texnikalardan istifadə edilməlidir.
Sözügedən buxarın qəbul edilməsi nəticəsində orqanizmdə bir çox xəstəliklər yarana bilər. Alzheimer, immun sistemi problemləri, böyrək funksiyasının pozulması kimi bir çox problemlər məhz bu səbəbdən meydana çıxır.
Xüsusilə də uşaq olan otaqda belə ampullardan istifadə zamanı diqqətli olmaq mühümdür.
Bunların baş verməməsi üçün istifadə müddəti bitən ampullar evlərdə və ya ofislərdə saxlanılmamalı, qırılmamalıdır. Əks təqdirdə qırılan zaman lampanın şüşəsində qalan tozun ətrafa yayılması böyük təhlükə saçar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1