Язык:
Русский
Son zamanlar elm aləmində şəkərə qarşı maraq artıb. Bundan əlavə, vaxtaşırı alimlər arasında şəkərdən tam imtinanın nəyə gətirib çıxara bilməsi barədə qızğın mübahisələr gedir. Beləliklə, bir qrup alim belə qənaətə gəlib ki, bu məhsuldan tam imtina sözsüz ki, insan orqanizmi ucun böyük fayda kəsb edir, lakin digər qrup alim şəkərin rasiondan tam çıxarılmasının əleyhinədir. Bu sualla bağlı başqa bir tədqiqatı Şimali Karolina Universitetinin alimləri aparıblar. Onların fikrincə, bu qida məhsulundan imtina pis nəticələnə bilməz. Eyni zamanda qeyd olunub ki , şəkərin rasiondan tamamilə çıxarılması mümkün deyil. Belə ki, şəkər digər - süd, şirə, un və s. məhsullarının tərkibində də var.
Şəkərin tamamilə rasiondan çıxarılmasının faydası hiss olunacaq qədər nəzərə çarpacaq. Bunu sonuncu tədqiqatların nəticələri göstərib. Belə ki, ilk 2-3 həftə şəkərdən imtina orqanizmdə xolesterin miqdarının 10%, triqliseridlərin isə 30% azalmasına gətirib çıxarır. Lakin bu hələ son deyil. Praktik tədqiqatların nəticələri göstərir ki, şəkərdən imtina qan-damar sistemi fəaliyyətini yaxşılaşdırır, şəkərli diabet və insult riskini azaldır. Nəzərə alsaq ki, günün birinci yarısı şəkər istifadəsi yuxululuğa səbəb olur, deməli, ondan imtina konsentrasiyanın və yaddaşın yaxşılaşmasına səbəb olacaq. Bu faktı da bilmək lazımdır ki, şəkərin miqdarının azaldılması sağlam çəki itirliməsinə zəmin yaradır. Düzdür, bəzi alimlərin fikrincə, şəkərdən tam imtina baş beynin fəaliyyətinin zəifləməsinə səbəb ola bilər, ona görə bu məhsuldan az miqdarda istifadə yolveriləndir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1