Язык:
Русский
“Ailə qurmazdan əvvəl mütləq check-up müayinələrdən keçin”
03 февраля 2018 19164HekimTap-ın müsahibi təcrübəli həkim mama-ginekoloq Nigar Əliyeva sonsuzluq problemindən danışıb:
– Hamiləliyin qarşısını alan vasitələrdən istifadə etmədən bir il ərzində müntəzəm cinsi əlaqə fonunda hamiləlik qeydə alınmazsa, bu zaman sonsuzluq diaqnozu qoyulur.
– Sonsuzluq həm kişi, həm də qadın faktorundan asılı ola bilər. Yəni bu, tək qadınların üzərinə düşən problem deyil. 10-15% ideopatik sonsuzluğu (səbəbi məlum olmayan sonsuzluq) istisna etsək, problemin səbəbi 40% qadının, 40% isə kişinin üzərinə düşür. Qalan hallarda isə sonsuzluğa səbəb hər iki tərəf olur.
Qadın sonsuzluğundakı əsas səbəbləri aşkar etmədən problemə son qoymaq mümkün deyil. Bunlardan ən başlıcası yumurtalıqların qeyri-düzgün fəaliyyətidir - anovulyasiya, polikistoz yumurtalıq və s. Buna 35-40% hallarda rast gəlinir. Anovulyasiya ovulyasiyanın baş verməməsi deməkdir. Bu zaman dominant follikul ya yetişmir, ya da yetişsə də, follikulun partlaması prosesi baş tutmur. Bu proses baş vermədikdə isə yumurta hüceyrəsi spermatozoidlə görüşmür və nəticədə sonsuzluq müşahidə edilir.
Digər halda, follikullar normal böyüyür, aybaşı tsiklinin 14-cü günü normal böyüklüyə çatır, lakin partlamır. Yaxud da daha böyük ölçülərə - kistalara çevrilir. Yumurtalıq kistalarının müxtəlif növləri var – follikulyar kistalar, endometrial kistalar, dermoid kistalar və s. Follikulyar kistalar bəzi müalicə kursları aparıldıqdan sonra sovrula bilir, lakin digər kistaların sovrulması çox zaman mümkünsüz olur və burada cərrahi müdaxiləyə ehtiyac yaranır.
Daha bir səbəb kimi hormonal disbalansı göstərmək olar. Hormonların düzgün ifraz olunmaması aybaşı pozuntusuna gətirib çıxara bilər, bu isə öz növbəsində ovulyasiya prosesinə mane olur. Ümumiyyətlə, hormonal sistemdə pozuntular embrionun implantasiyasına belə təsir edə bilir.
Hormonal disbalans nəyinki sonsuzluğa, hətta dəfələrlə uşaqsalmaya səbəb ola bilir.
Sonsuzluğa daha bir səbəb uşaqlığın müxtəlif patologiyalarıdır. Buraya uşaqlıqdaxili çəpərin olmasını, endometrioz, adenomioz, miomatoz düyünləri, polipləri və s. aid etmək olar.
Sonsuzluqda yaş faktoru da mühüm yer tutur. Risk qrupuna 38-40 yaşlı xanımlar aiddirlər. İş ondadır ki, qadınların yaşı artdıqca ovulyasiya prosesində müəyyən problemlər əmələ gəlir.
Sonsuzluğa daha bir səbəb kimi cinsi yolla keçən infeksiyalardan (ureaplazma, mikoplazma, xlamidiya, trixomoniaz, qonoreya və s.) yaranmış ginekoloji xəstəlikləri göstərmək olar. Bu, sonsuzluq hallarının 15-25%-ni təşkil edir.
Boru faktoru sonsuzluq problemi yarada bilər. Buraya həm boru keçiriciliyinin pozulmasını (hidrosalpinks), həm də boruların yığılma qabiliyyətinin pozulmasını aid etmək olar.
Həkim-ginekoloq kimi bütün cütlüklərə üzümü tutub deyirəm ki, ailə qurmazdan əvvəl mütləq check-up müayinələrdən keçsinlər. Belə olan halda mövcud patologiyaları aradan qaldırmaq həkim üçün daha asan olar.
– Xeyr. Əksinə, bəzən kontraseptivlərlə sonsuzluğu müalicə edirik. Onların vasitəsi ilə hormonal disbalansı aradan qaldırmaq olur.
Kontraseptivləri bir müddət qəbul etdikdən sonra yumurtalıqlar sönür, belə deyək, güc toplayır və növbəti ovulyasiya daha yaxşı alınır.
– Kişilər risk faktoruna daha çox aiddirlər. Buraya ağırlıqqaldırma və travma ilə əlaqədar olan idmanla məşğul olanlar, ağır işlə məşğul olan kişilər daxildirlər. Qadınlardan, əsasən, şüalanma sahələrində çalışanları misal göstərmək olar. Bəzi qızlar şüa-diaqnostika mərkəzində çalışırlar ki, bu da gələcəkdə sonsuzluq problemi yarada bilər.
– Bəli, bir də görürsən qadını da yoxlayırıq, kişini də, heç birində patologiya aşkar edilmir. Amma hamiləlik qeydə alınmır, yəni ideopatik sonsuzluq müşahidə olunur. Buna səbəbi bilinməyən sonsuzluq da deyilir. Son zamanlar müasir diaqnostika avadanlıqları və müxtəlif cihazların vasitəsilə ideopatik sonsuzluğu 4-5%-ə salmaq mümkün olmuşdur.
Övlad Allahın ailəyə bəxş etdiyi ən gözəl paydır. O, cütlükləri bir-birilərinə daha da möhkəm bağlayır və ailənin təməlinə çevrilir. Ürəkdən arzu edirəm ki, bu xoşbəxtlik hər bir ailəyə nəsib olsun və evlərdən körpə səsi əskik olmasın.
Həkimlə əlaqə üçün "daxil olun" !
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1