Язык:
Русский
Bu sahədə tədqiqatlar 1982-ci ildən aparılır. Həmin müddət ərzində alimlər əvvəllər nəzəri baza ilə təsdiq olunmuş faktları sübuta yetirmək üçün bir neçə praktik təcrübələr keçiriblər. Tədqiqatların nəticələrinə görə, gündə cəmi bir ədəd toyuq yumurtası qəbul etməklə insult riskini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
Alimlər onu da qeyd ediblər ki, bu məhsulun istifadəsi işemik xəstəliyin inkişafına heç bir təsir göstərmir. Bu iri miqyaslı tədqiqatlarda 100 mindən artıq adam iştirak edib. Onlara hər gün qaynanmış halda bir ədəd toyuq yumurtası yedirdiblər. Bir neçə aydan sonra iştirakçılar ümumi tibbi müayinədən keçiblər. Beləliklə, mütəxəssislər müəyyən ediblər ki, bu məhsulun istifadəsi ürəyin işemik xəstəliyinə hec cür təsir göstərmir, amma insult riskini 12% azaldır. Qeyd etmək lazımdır ki, alimlər toyuq yumurtasının insanın ürək-damar sisteminə nə üçün məhz bu cür təsir göstərdiyini hələ ki, sona qədər öyrənməyiblər. Lakin onlar ehtimal edirlər ki, yumurta zülalla zəngin olduğundan qan təzyiqinin normallaşmasına yaxşı təsir göstərir, bu isə öz növbəsində insult riskini azaldır. Bununla belə, sözügedən məhsulun ürəyin işemik xəstəliyinə hansı səbəbdən təsir göstərməməsi hələ ki, aydın deyil.
Hazırda insult ölümlə nəticələnən xəstəliklər arasında beşinci yeri tutur. Bu statistika ABŞ üçündür, amma digər ölkələrdə də vəziyyət heç də bundan yaxşı deyil.
Tibb mütəxəssisləri qeyd edirlər ki, 20% ölüm halları ilkin tibbi yardımın vaxtında göstərilməməsindən yaranır. Bununla əlaqədar, klinisistlər sistematik olaraq müayinələrdən keçməyi, ilk simtomlardaca dərhal tibbi yardım çağırmağı təkidlə tövsiyə edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1