Язык:
Русский
Bu yaxınlarda alimlər narkotik maddələrin təsirinin qarşısını alan preparat hazırlayıblar. Qeyd etmək lazımdır ki, bu cür peyvəndlər əvvəllər də istehsal edilib, lakin onların təsiri kifayət qədər effektiv olmayıb və çoxlu yan təsirləri var imiş.
Yeni preparat narkotik orqanizmə düşən kimi dərhal onun təsirinin qarşısını alır. Beləliklə, qəbul edilmiş narkotikin dozasından asılı olmayaraq, eyforiya və ya bu kimi digər hisslər yaranmır.
“Journal of Medicinal Chemistry” tibb dərgisində dərc etdirilmiş tədqiqatda qeyd olunur ki, yeni preparat yalnız heroinə deyil, həmçinin, opioid tipinə - oksikodon, hidrokodon, hidromorfon, kodein – aid narkotiklərə də təsir göstərir. Bu isə öz növbəsində o deməkdir ki, sözügedən peyvəndi təkcə narkotikdən asılı olan insanların deyil, eləcə də anamnezində asılılıq olanların profilaktikasında da istifadə etmək olar.
Peyvəndin tibb bazarına çıxma müddətindən danışmaq isə hələ tezdir. Onun işlənməsində iştirak edən alimlər düşünürlər ki, buna 2-3 il vaxt lazım olacaq.
Peyvəndin yan təsirləri və əksgöstərişlərinə dair hələ ki, məlumat yoxdur. Bunlar tədqiqatlar tam sona çatdıqdan sonra bəlli olacaq. Lakin indidən ehtimal edilir ki, bu maddə klinisistlər tərəfindən indiyədək hazırlananlardan ən təhlükəsizi olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1