Язык:
Русский
Saqqızın faydası
06 января 2018 22183Saqqızın insan orqanizmi üçün faydalı və ya ziyanlı olması barədə həkimlər və alimlər arasında bu günə kimi mübahisələr gedir.
Yaxın vaxtlarda aparılan elmi araşdırmalar göstərib ki, saqqız nəinki nəfəsi təravətləndirir, həmçinin, beyin fəaliyyətini də, daha dəqiq desək, onun koqnitiv imkanlarını yaxşılaşdırır. Bundan başqa, saqqız çeynəmə prosesi görmə yaddaşına da əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Tədqiqatçılar bu qənaətə apardıqları xüsusi testlərdən sonra gəliblər. Bu təcrübədə iştirak edən 38 könüllü bir neçə qrupa bölünüb.
Bütün iştirakçılar qarşısında eyni sınaq qoyulub – onlar yarım saat ərzində lövhəyə yazılan 1-dən 9-a kimi rəqəmləri oxumaq, özü də rəqəmlərin ardıcıllığının xaotik olması şərtilə. Tədqiqatçılar iştirakçıların tək və cüt rəqəmlərin ardıcıllığını nə dərəcədə tez və dəqiq müəyyənləşdirməsini qeydə alıblar. Qeyd etmək lazımdır ki, qruplardan yalnız biri saqqız çeynəyib. Məlum olub ki, məhz saqqız çeynəyən qrupdakı insanlar daha tez və dəqiq reaksiya veriblər. O da qeyd olunub ki, bu elmi təcrübə çox davam etdikcə fərq özünü daha qabarıq biruzə verib. Maraqlıdır ki, təcrübənin ilk mərhələsində saqqız çeynəməyənlərin göstəriciləri daha yaxşı olub, bir müddət keçdikdən sonra saqqız çeynəyənlər rəqiblərini üstələyiblər.
Buradan belə bir nəticəyə gəlmək olar ki, saqqız çeynəmək baş beyinin fəaliyyətini yaxşılaşdırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1