Язык:
Русский
1 həftəlik karbonhidrat pəhrizi
18 мая 2018 7651Daha öncəki məqaləmizdə karbonhidratlı pəhrizin doğru şəkildə edilməsi haqqında vacib məqamlardan bəhs etmişdik. Bu dəfəki yazımızda isə misal olaraq həftə ərzində yeməli olduğunuz qidaları təqdim edəcəyik.
Bazar ertəsi:
Səhər yeməyi – Müxtəlif tərəvəzlər, kərə yağlnda qızardılmış omlet.
Nahar – bir ovuc badam ilə birlikdə ev qatığı
Axşam – pendirli burger, tərəvəzlə birlikdə yeyə bilərsiniz.
Çərşənbə axşamı:
Səhər – Yumurta
Nahar – Hamburger tərəvəzlərlə
Axşam yeməyi – kərəyağı və tərəvəzlərlə birlikdə balıq
Çərşənbə:
Səhər – Kərə yağında qızardılan yumurta və tərəvəzlər
Nahar – Zeytunyağlı salat
Axşam – Tərəvəzlə birlikdə toyuq qızartması
Cümə axşamı:
Səhər – müxtəlif tərəvəzlər, kərə yağında bişirilən omlet
Nahar – meyvələr, badam
Axşam – pörtlənmiş tərəvəzlər, toyuq qanadı
Cümə:
Səhər – Yumurta
Nahar – Zeytun yağlı toyuq salatı
Axşam – dana ətindən yemək
Şənbə:
Səhər – Müxtəlif tərəvələr və omlet
Nahar – Çiyələk, bir ovuc qoz ilə birlikdə qatıq
Axşam – Tərəvəzli köftə (katlet)
Bazar:
Səhər – Yumurta
Nahar – süd, bir az krem, meyvələr
Axşam – çiy ispanaqlı toyuq qanadları
Gün ərzində bir ovuc meyvə yeməyi unutmayın. Bununla yanaşı az kalorili qidalar da əlavə edə bilərsiniz.
*QEYD: www.hekimtap.az saytında yerləşdirilən hər hansı dieta reseptləri və ya müalicə üsulları mütləq mütəxəssislə müzakirə edilməlidir. Əks halda, yaranan fəsadlara cavabdehlik daşımırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1