Язык:
Русский
Epilepsiyadan əziyyət çəkənlərin nəzərinə
27 декабря 2018 17649Dokuz Eylül Universitetinin apardığı araşdırma nəticəsində epilepsiyanın batareya üsulu ilə müalicə olunacağı bildirilib. Dos. Hülagü Kaptan epilepsiyanın beyin hücrələrində "anormal elektrik yaranması" səbəbi ilə ortaya çıxan bir xəstəlik olduğunu bildirib.
Çoxlu dərman istifadəsinə baxmayaraq, tutmaların sıxlığında azalma görülməyən xəstələr üçün batareya müalicəsi olaraq bilinən "Vagal Sinir Stimullaşdırıcı" mülaicəsinin əhəmiyyətli dərəcədə effektiv olduğu bildirilib.
Boynun sol tərəfindən sinir yolu vasitəsi ilə beynə elektrik axımı göndərilməsi yolu ilə işləyən sistem üçün xəstənin sinə hissəsində dəri altına batareya yerləşdirilir.
Batareya avtomatik işləyir, qrulmuş proqrama görə çox az aralıqlarla beynə kiçik elektrik axımları yollayır. Bu prossesdən sonra 50-70% xəstələrdə tutma və şikayətlərin azaldığı müəyyən olunub. Əməliyyat icra olunmuş xəstələrin sağalma müddəti 6 aydır. Zaman keçdikcə isə xəstənin vəziyyatı daha da yaxşılaşmağa doğru gedir. Eyni zamanda epilepsiya üçün istifadə olunan dərman miqdarı da vaxt keçdikcə azalır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1