Язык:
Русский
Erkən diaqnoz həyat qurtarır
15 ноября 2018 12489Dünyada hər il milyonlarla insan ağ ciyər xərçəngindən həyatın itirir. Bu xəstəliyin yaranma səbəbi siqaret, ətraf mühitin çirklənməsi və havadakı kanserogen maddələrdir. Ağciyər xərçənginin yaranmasının 90%-i siqaretin payına düşür. Siqaretə başlama yaşı, müddəti, gündəlik çəkilən siqaret sayı, tütün və siqaretin növü də bu xəstəliyin əmələ gəlməsində mühüm rol oynayır. Yalnız siqaret çəkmək deyil, onun tüstüsünə məruz qalmaq da ağciyər xərçənginə tutulma riskini artırır.
Xəstəlik son həddə gələnə qədər diqqət çəkəcək hər hansı bir şikayətə yol açmaya bilər. Xəstəlik irəlilədikcə isə müalicə olunma şansı çox aşağıdır. Xəstəlik təşhis olunduqdan 5 il sonra xəstələrin həyatda qalma şansı 15-15%-dir. Bunun əsas səbəbi isə 70% xəstənin xərçəngin III-IV mərhələsində müraciət etməsidir. Halbuki I mərhələdə aşkarlandıqda 5 il yaşamaq şansı 73%-ə qədər yüksəlir. Yaş artdıqca xəstəliyin görülmə riski də artır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1