Язык:
Русский
Xərçəng "hündürlüyü sevir"
30 октября 2018 13256Kaliforniyanın Riversayd Universitetinin professoru Leonard Nunneyin apardığı tədqiqatlar zamanı məlum olub ki, müəyyən olunmuş orta boydan hər 10 santimetrlik uzunluq insanların xərçəng olma riskini 10 faiz artırır.
Tədqiqat zamanı qadınlarda orta boy 162, kişilərdə isə 175 santimetr müəyyənləşdirilib. Hündür boylu insanların xərçəng əmələ gəlmə ehtimalının daha yüksək olmasının səbəbi isə onların bədənlərində mutasiyaya uğraya biləcək hüceyrələrin daha çox olmasıdır.
Nunneyin tədqiqatında 10 mindən çox xərçəng xəstəsi iştirak edib və 23 xərçəng növündən 18-də insan bədənindəki hüceyrə sayı ilə bu xəstəliyə tutulma riski arasındakı əlaqə aşkarlanıb.
Araşdırmada hündür boylu qadınların (yüzdə 12) xərçəngə tutulma riskinin kişilərdən (yüzdə 9) daha çox olduğu müəyyənləşib. Böyrək və limfa xərçəngi hündür boylu insanlar arasında ən çox yayılan xərçəng növü olduğu da bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1