Язык:
Русский
İki DNT daşıyan model
20 октября 2018 14131ABŞ-ın Kaliforniya ştatında yaşayan Taylor Muhl, bədənində doğuşdan mövcud olan ləkənin nə olduğunu illər sonra öyrəndi.
"Independent" qəzetində nəşr olunmuş xəbərə görə, amerikalı müğənni və model Tayler Muhlun bədənin ortasında başlayıb, aşağıya qədər enən bir ləkəsi var. Muhl dəri piqmentasiyası şəklində olan ləkənin nə olduğunu araşdırmağa başladı.
Aparılan araşdırmalar nəticəsində Muhlun iki DNT-yə sahib olduğu müəyyən olundu. Yəni bədənindəki ləkənin doğuşdan qalma piqmentasiya deyil, dünyaya gəlməmiş əkizinə aid olduğu müəyyənləşdirildi.
Model "Chimera" adlanan genetik sindroma sahibdir. Aparılan testlərin nəticəsində Muhlun iki fərqli DNT-dən birinin ana bətnində ikən əkizinə aid olduğu öyrənildi.
Mütəxəssislərə görə, ana bətnində olarkən, əkizlərdən güclü olanın digərinin hüceyrələrini mənimsəməsi nəticəsində həyatda qalan əkiz digərinin də genlərini özündə daşıyır.
Modelin dediyinə görə, bədəninin bir tərəfi digəri ilə müqayisədə daha böyükdür və həmin tərəfində qida, dərman, həşərat dişləmələrinə qarşı allergiya var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1