Язык:
Русский
Saçlar niyə ağarır?
18 октября 2018 16911Saçların ağarma səbəbləri hələ də araşdırılmağa davam etdirilir. Saçların ağarmasına bir çox amillər səbəb olur ki, məqaləmizdə sizi onlarla tanış edəcəyik.
İnsan bədəni qocaldıqca digər orqanlarla yanaşı bu, saçlarda da özünü biruzə verir. Səbəb isə saçların rəngini təmin edən piqmentin vaxt keçdikcə melanin istehsal etməyi azaltmasıdır. Melaninin azalması isə saçların ağarmasına səbəb olur.
İnsanın anidən aldığı pis xəbər və mənəvi cəhətdən yaşadığı çöküntü də saçların ağarmasına səbəb ola bilər. Hətta çox nadir hal olsa da, bir gecədə saçların ağarmasını da müşahidə etmək olar.
Genetik faktorlar da saçların ağarmasında mühüm rol oynayır. Xüsusilə, valideynlərdə erkən yaşda saçlar ağarmağa başlayıbsa, sizin saçlarınızın da erkən yaşlarda ağarması qaçınılmaz ola bilər.
Saç folekullarında mühüm rola sahib olan T3 və T4 hormonları, qalxanabənzər vəz xəstəliklərində saçların ağarmasına səbəb olan faktorlardan biri hesab olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1