Язык:
Русский
Əti belə yeməyin – Düzgün bişirilmə qaydası
16 августа 2018 10321Qurban bayramı yaxınlaşır. Bu zaman əksər evlərdə ət bişirilir.
Ət uzunmüddət normal istilikdə bişirilməlidir. Çox yüksək istilik ət proteinlərini qatılaşdıraraq ət suyunun itkisinə, ləzzətinin azalmasına və vitamin itkilərinə səbəb olur. Otaq istiliyi mikrobların ətə yapışması üçün ideal şəraitdir. Bu baxımdan otaq istiliyində ətlər yarım saatdan artıq saxlanılmamalıdır.
Kabab çox bişirilməməlidir. Buna səbəb isə bu, xərçəng hüceyrələrinin yaranmasına şərait yaradır. Maksimum dərəcədə təhlükəni azaltmaq üçün odla çox yaxın təmasadan qoruyun.
Mütəxəssislər, ətlərin də yağda qızardılmasının çox tərədarı deyillər.
Kəsilmiş ətlə mənfi 4 dərəcədə saxlanılmalıdır. Maşından çəkilmiş ətlər isə həmin gün istifadə edilməlidir.
Yağda qızardılmış ətlər ürək-damar xəstəlikləri riskini artdırdığı üçün bişirmə zamanı diqqət etməli yağdan çox istifadə edilməməlidir.
Ətləri tərəvəzlərlə birlikdə bişirmək toxluq hissini artırır və əti həddindən çox yeməyin qarşısını alar.
Bol maye içmək əsla unudulmamalıdır.
Meyvə və şirniyyatlar isə yeməkdən bir-iki saat sonra yeyilə bilər. Qazlı və şəkərli içkilər isə tövsiyə edilmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1