Язык:
Русский
Şokoladın öskürəyə faydaları
17 июля 2018 10038Öskürək xəstəliklərin zəhmətli keçid dövrüdür. Bundan xilas olmaq isə bəzən uzun zaman və müalicə tələb edə bilir.
Mütəxəssislər isə öskürəkdən xilas olmağın daha asan və dadlı üsulundan bəhs ediblər. Onların sözlərinə görə, şokolad yeməklə öskürəkdən xilas olmaq mümkündür. Bunu, Hull universitetində aparılan tənəffüs yolu araşdırmasında iştirak edən professor Alyn Morice, şokoladın öskürəyi rahatladan xüsusiyyətinin olduğunu bildirib.
Həmçinin şokoladın gələcək zamanda tibdə istifadə ediləcəyi qeyd edilib.
Araşdırmada iştirak edən 163 xəstənin tibbi simptomlarını azaltmaq üçün mütəmadi şokolad yedizdiriblər. Şokoladın tərkibində olan kakaoda alkaloid olan theobrominin maddəsi bir çox dərmanın tərkibində mövcuddur. Həmçinin kakao boğazdakı sinir ucları üzərini örtür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1