Эльфана  Сулейманова hekimtap.az

Эльфана Сулейманова

Терапевт, Oстеопат

12 лет опыта работы

Баку
Bud displaziyası
 hekimtap.az

Bud displaziyası

Автор: Osteopat Elfanə Süleymanova , Əlaqə: 050 302-82-56
2792

Опубликовано: 31.05.2020
Эльфана Сулейманова

Bud dispaziyası nədir – anadan gəlmə  xəstəlik olub, bud sümüyünün çanaq sümüklərinə nisbətən normal yerləşməməsidir. Displaziya zamanı bud sümüyünün başı sirkə kasasında yerləşmir. Bud dsiplaziyası birtərəfli və ya ikitərəfli ola bilər. Bu displaziyasının korreksiyası mümkün qədər erkən vaxtlardan aparılmalıdır, çünki uşaq yeridikdən sonra oynağı normal vəziyyət qaytarmaq daha çox vaxt və müxtəlif proseduralar tələb edə bilər. 

 Bud displaziyasının yaranma səbəbləri - bud dsiplaziyası anadangəlmə problemdir və yaranmasəbəbi  son trimetrdə olan problemlərlə əlaqəlidir:

  • hamiləliyin ilk ayrlarında ananın keçirdiyi infeksion xəstəliklər
  • irsiyyət faktoru, 25% hallarda valideynlərdə  də displaziya rast gəlinmişdir
  • Hamiləlik zamanın anaın balanslaşdırılmamış qidalanması
  • Gecikmiş doğuşlar, iri döl
  • Hamiləlik zamanı hormonal dərmanlardan stifadə
  • Vitamin D, alsium və digər mineralların çatışmamazlığı
  • Daoğuşdan sonra sıx bələklərdən istifadə olunması.
     

Bud displaziyasının diaqnostikası

Uşaqlarda bud displaziyasının  diaqnostikası mümkün qədər daha az şüalandırma və körpə uşaq orqanizminə ziyan vurmamağa yönəlməlidir.  Dünya praktikasında ilk 2 aylığında bütün uşaqlar bud çanaq oynaqlarının USM ultrasəs müayinəsi, daha sonra isə ehtiyac olan uşaqların rentgenoskopik müayinəsi  bud diplaziyasının  əsas diaqnostika üsullarıdır.


Bud dispaziyasının əlamətləri:

Körpəniz ilk pediatr və ya osteopat qəbulunda olduğu zaman   aşağıdakı əlamətlərə əsasən:

- çanaq  büküşlərində asimmetriya

- ayaqları açarkən hərəkət məhdudluğu

- displaziya olan ayağın digərinə nisbətən qısa olması

- yerimənin gecikməsi

-displaziya olan ayağın xarici rotasiya vəziyyətinə əsasən bud displaziyasından şübhələnib növbəti instrumental müayinələr təyin oluna bilər.


Bud dsiplaziyası dinostikasında ən dəqiq üsul rentgenoqrafiya üsuludur və 2 aylıqdan etibarən təyin etmək olar.


Bud dsiplazyasının müalicəsi

Bud diplaziyasının müalicəsinin əsas məqsədi bud sümüyü başının sirkə kasasında normal vəziyyətdə olmasını təmin etməkdən, oynaq kapsulasını normallaşdırmaqdan ibarətdir. Bunun xüsusi oynaq şinalarından istifadə olunaraq bud sümüyünə ekstenzion vəziyyət verilir oynaq kapsulası normal vəziyyət alana qədər pasient bu şinanı gəzdirir və daha sonra tədricən bu şinalardan azad olunur. Gecikdirilmiş hallarda hətta gipslərdən də istifadə oluna bilir


Bud displaziyası və osteopatiya

Bir osteopat qəbulunda olarkən bud disaziyasının ikin əlamətlərinin aradan qaldırlması üçün oynaq ətrafı əzələ və bağ aparatının elastikliyinin artırılması, qısalmış əzələlərin bərpası ilə yanaşı, oynaqdaxili strukturklarla çox zərif osteopatik texnikalarla: pompaj, yumşaq toxumaların osteopatik işlənməsi, liqament balanslaşdırılmış texnikalar tətbq olunmaqla tez bir zamanda uğurlu nəticə əldəetmk mümkündür. Hətta şina təyin olunmuş körpələrə yanaşı olaraq osteopatik texnikaların təyini müalicənin effektini artırır. 


Bud displaziyası müalicə olunmazsa

Bud displaziyası  körpə yaşlarda aşkar olunarsa heç bir fəsadsız müalicə ouna bilən bir patologiyadır, müalicənin effekti erkən mərhələdə aşkar olunmaqdan bir başa asılıdır. Maarifləndirmə ilə anaların məlumatlandırılması fəsadların aradan qaldırılmasında ilk addım ola bilər.

Sıx bələklərdən imtina xüsusilə vacibdir.

İlkin əlamətlər aşkar olunarsa bir osteopat qəbulunda olmanız övladınızda bud displaziyasının fsadsız müalicəsi üçün bir təminatdır. 

Müalicə olunmayan bud displaziyaları ayaqların uzunluğunda fərq, axsama, skolioz , çanaq disfunksiyası olduğu üçün bəzən reproduktiv disfunksiyalar və əlilliyə qədər gətirib çıxara bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az


Эльфана Сулейманова

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса