Эльфана  Сулейманова hekimtap.az

Эльфана Сулейманова

Терапевт, Oстеопат

12 лет опыта работы

Баку
SOS bu qrippdir ! hekimtap.az

SOS bu qrippdir !

Автор: Elfanə Süleymanova
4869

Опубликовано: 23.12.2017
Эльфана Сулейманова

Hörmətli atalar və analar!!!! Ən əsası odur ki, sizin taktikanız virusun necə adlandığından asılı olmamalıdır. Bu qrippin fəsli qripp, donuz qrippi, at qrippi, quş qrippi və s., olmasından asılı olmayaraq bir şeyi unutmayın ki, bu virusdur, hava-damcı yolu ilə keçir və tənəffüs orqanlarını zədələyir. Bütün bunlardan çıxış vasitəsi kimi xəstəliyə qarşı konkret yanaşma seçməlisiniz. 

Profilaktika 

Əgər siz və yaxud övladınız virusla qarşılaşdığınız zaman ona qarşı müdafiə antitelləri (qanda olan əkscisimlər) yoxdursa siz xəstələnəcəksiniz. Bu antitellər iki halda yarana bilər ya siz xəstələndikdən sonra, ya da siz peyvənd olunduqdan sonra. 

Yalnız adi fəsli qrippdən peyvənd olunmaq mümkündür, hazırki qrippə qarşı isə peyvənd hələki yoxdur. 

1. Peyvənd olunmaq imkanınız varsa peyvənd olunun - lakin bir şərtlə ki, siz tam sağlamsınız və peyvənd olunmaq üçün poliklinikada xəstə insanların əhatəsində uzun növbədə dayanmalı olmayacaqsınız. Sonuncu vəziyyət sizin peyvənd olunma şansınızı olduqca azaldır. 

2. Virusun mənbəyi insan və yalnız insandır.  Karantin - əla olardı! Böyük kütlənin olduğu yerlərə getməyi məhdudlaşdırmaq. Bir dayanacağı piyada getmək, supermarketə gedişi azaltmaq - ağıllıcadır!   

3. Maska. Xeyirli vasitədir, lakin panaseya deyil. Yaxınlıqdakı sağlam insanları virusdan qorumasa da virusla zəngin damcıların havaya çıxmasının qarşısını alacaq. 

4. Xəstə insanın əlləri-onun ağzı və burnu qədər təhlükəlidir. Xəstə üzünə toxunduqdan sonra, virus onun əllərində toplanır, siz xəstənin əllərinə toxunduqda virusla salamlaşmış olursunuz. 

Öz üzünüzə toxunmayın. Əllərinizi tez-tez yuyun, özünüzlə nəm dezinfeksiyaedici salfetlər gəzdirin. 

Özünüz də adət edin, uşaqlara da öyrədin ki, cib dəsmalınız və ya salftekanız yoxdursa ovucunuza deyi dirsəyinizə öskürün.  

İmkan daxilində kredit kartlardan istifadə edin, pul virusun ən çox yayılma mənbəyidir. 

5. Hava !!!  İsti, quru, hərəkətsiz  havada virusun hissəcikləri saatlarla öz aktivliyini qoruyub saxlayır. Soyuq, nəmli, hərəkətli havada isə bu hissəciklər məhv olurlar. 

Gəzinti çox xeyirlidir, gəzinti zamanı virusa yoluxma praktiki olaraq mümkün deyil. Təmiz havada gəzərkən maskadan istifadə etməyə ehtiyac yoxdur, maskanı avtobusa və ya metroya daxil olarkən taxın. 

Otağın optimal istiliyi  - 20 °С, nəmliyi isə 50-70% olmalıdır. Tez-tez intensiv havalandırma vacibdir. İstənilən istiləndirmə vasitəsi havanı qurudur. Məhz istiləndirmə fəslinin başlanması virusun epidemiya vaxtına təsadüf edir.Rütubətliyə nəzarət edin.Döşəməni nəm parça ilə silin. Hava nəmləndiricilərindən istifadə edin. Uşaq kollektivlərində havanın nəmləndirilməsini tələb edin. 

Qalın geyinin amma isidici sistemlərdən mümkün qədər az istifadə edin. 

6. Selikli qişaların vəziyyəti!!! Yuxarı tənəffüs yollarında daima selik əmələ gəlir. Selik - selikli qişaların yerli müdafiəsini təmin edir. Selikli qişalar quruyanda yerli immunitet pozulur və virusun yoluxma ehtimalı artır.Yerli immunitetin əsas düşməni quru hava və eləcə də selikli qişaları qurudan dərman vasitələridir (ən populyar olanları – dimedrol, suprastin, tavegil, nazivin, halazolin və s.).  

Selikli qişaları nəmləndirin! Elementar olaraq:1çay qaşığı adi duzu 1lt qaynadılmış suda həll edib, istənilən pipetkalı flakona tökün və daima burnunuza damızdırın (quruluq və ətrafdakı insanlar nə qədər çoxdursa o qədər tez-tez tökün məslən:hər 10dəq bir). Bunun üçün aptekdən fizioloji məhlul və ya salin, akvamaris və s., kimi hazır məhlullardan da istifadə edə bilərsiniz. 

Profilaktikaya aid deyə biləcəklərim bu qədər. 

Diqqətli olun !

Yuxarıda yazdıqlarımın virusəleyhinə olan sintetik preparatlarla heç bir əlaqəsi yoxdur. Onlar təbii tərkiblidir və virusəleyhinə olan sintetik preparatlardan  fərqli olaraq uşaq orqanizminə heç bir əlavə təsiri yoxdur. 

QRİPP - ƏKSƏRİYYƏT ÜÇÜN YÜNGÜL XƏSTƏLİKDİR. 

Kəskin respiaror virus infeksiyalarının KRVİ və qrippin müalicəsi təkcə tabletlərlə deyil, orqanizmin virusla mübarizə apara biləcəyi şəraitin yaradılması ilə mümkündür. 

Müalicə qaydası 

1. Otağın nəmliyinə və temperaturuna nəzarət etmək və qalın geyinmək gərəkdir. Otağın temperaturu 20 °С, nəmliyi isə 50-70% olmalıdır. Döşəməni tez-tez silmək, otağı havalandırmaq lazımdır. 

2. Uşağı məcburi yedizdirməyə çalışmayın. Əgər özü istəyirsə - yüngül, karbohidrat tərkibli və maye qidalara üstünlük verin. 

3. Çoxlu maye içməyinə nəzarət edin!

Mayenin temperaturu bədən temperaturuna yaxın olmalıdır. Çoxlu maye içməlidir. Kompotlar, müxtəlif bitki çayları (kəklikotu, gülxətmi, çobanyastığı), meyvə qurularını qaynadıb içmək. Peroral rehidrotasiya üçün aptekdə müxtəlif vasitələr var-regidron, elektrolit,qastrolit və s.. 

4. Buruna tez-tez duz məhlulları damızdırın. 

5. Banka, xardal və s., kimi klassik yayındırıcı müalicələr vlaideyn sadizmi də olsa psixoloji təsirləri var. 

6. Əgər yüksək temperaturla mübarizə aparırsınızsa - Viburcool (Heel) şamları və ya parasetamol ya da ibuprofen istifadəmedə bilərsiniz, aspirin qətiyyən olmaz. 

Günümüzün ən böyük bəlası :qalın geyindirmək, otağı havalandırmaq, zorla yemək verməmək və çoxlu maye içizdirmək «müalicə» hesab olunmur, atanın aptekə göndərilməsi isə «müalicə» hesab olunur.  

7. Yuxarı tənəffüs yollarının zədələnməsi zamanı (burun, udlaq) heç bir bəlğəmgətiricilər lazım deyil-onlar öskürəyi yalnız artıra bilirlər. Aşağı tənəffüs yollarının zədələnməsi (bronxit, pnevmoniya) isə özbaşına müalicə olunmamalıdır. Ona görə də özbaşına heç bir «lazolvan, mukaltin» və s., istifadə etmək olmaz.   

8. Allergiyaəleyhinə preparatların  KRVİ müalicəsi ilə heç bir əlaqəsi yoxdur. 

9. Virus infeksiyaları heç bir antibiotiklə müalicə olunmurlar. Antibiotiklər fəsadları azaltmır, əksinə artırır. 

10. Yerli istifadə üçün olan bütün interferonların effektivliyi sübut olunmayıb effektivsizliyi isə sübut olunub. 

Həkim nə zaman lazımdır? - Hər zaman! Lakin bu real deyil. Həkimin mütləq lazım olduğu vəziyyətləri sadlayıram: 

 - Xəstəliyin dördüncü günündə yaxşılaşmanın olmaması;
 - Xəstəliyin yeddinci günündə temperaturun qalxması; 
 - Yaxşılaşmadan sonra vəziyyətin pisləşməsi; 
 - KRVİ simptomlarının olduqca ağır gedişi; 
 - Dərinin avazıması, susuzluq, təngnəfəslik, intensiv ağrı, irinli ifrazatın olması;  
 - Öskürəyin artması, onun produktivliyinin azalması; dərin nəfəsalma öskürək tutmasına səbəb olursa;  
 - Temperaturu aşağı salmağa sadaladıqlarımızdan heç biri kömək etmirsə. 

Həkim dərhal lazımdır: 

 - Huşun itməsi; 
 - Qıcolmalar; 
 - Tənəffüs çatışmamazlığı əlamətləri (nəfəsalmanın çətinləşməsi, təngnəfəslik, hava çatışmamazlığı hissi); 
 - İstənilən yerdə intensiv ağrının olması; 
 - Zökəmin olmamasına baxmayaraq boğazda ağrının olması; 
 - Qusma ilə müşahidə olunan baş ağrısı; 
 - Boğazın şişkinliyi; 
 - Üstünə basarkən itməyən səpki; 
 - Qızıdırmasalıcı preparatların qəbulundan 30 dəqiqə sonra temperaturun 39 °С aşağı düşməməsi; 
 - Titrətmə və avazıma ilə gedən istənilən temperatur qalxması. 

Yuxarıda yazdıqlarım hər bir həkimin bilməli olduğu və geniş kütləyə çatdırmalı olduğu məlumatlardır. Əgər siz birnanasınızsa – qripp haqqında bilməli olduğunuz hər şeyi artıq bilirsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Эльфана Сулейманова

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса