Али  Ализаде hekimtap.az

Али Ализаде

Oстеопат, Ревматолог

26 лет опыта работы

Баку
Podaqrik artrit hekimtap.az

Podaqrik artrit

Автор: Revmatoloq-Osteopat Əli Əlizadə, Əlaqə: (+994) 50 367-41-47
3282

Опубликовано: 06.07.2020
Али Ализаде

Podaqra nədir?

Podaqra – hiperurikemiyası (qanda sidik turşusunun yüksəlməsi) olan insanlarda natrium monourat kristallarının sinovial qişaya, böyrəklərin interstisial toxumasına, yığıcı borulara, sidik axarlarına çökməsi nəticəsində toxumaların iltihabi prosesi fonunda gedən sistem tofus xəstəliyidir. Nəticədə artrit, bədənin müxtəlif nahiyələrində tofuslar, böyrəklərdə nefropatiya, nefrolitiaz yaranır. Podaqra adətən 30-60 yaş arası kişilərdə daha tez-tez rast gəlinir, qadınlarda adətən postmenopauza dövründə rast gəlinir. Podaqra “qədim” xəstəliklərdən hesab olunur (xəstəliyin adı “pod” – ayaq, “aqra” – tələ deməkdir).

 

Podaqranın səbəbləri: 

Hiperurikemiya – birincili (purin mübadiləsində iştirak edən fermentlərin genetik defekti nəticəsində yaranır) və ikincili olur. İkincili hiperurikemiyanın səbəbləri aşağıdakılardır:   

1) Qidada purinlərin miqdarının artması — bulyon, yağlı ət və yağlı balıq, qazlı içkilər, soya məhsulları, yumurta, şokolad, göbələk;

2) ATF katabolizminin sürətlənməsi (alkoqoldan çox istifadə nəticəsində);

3) Fruktozanın orqanizmə çox daxil olması — bəzi meyvələrin istifadəsi zamanı;

4) Orqanizmdə nukleotidlərin katabolizminin sürətlənməsi — bir sıra mieloproliferativ və limfoproliferativ törəmələrdə, hemolitik anemiyada, mononukleozda, bədxassəli şiş xəstəliyi olan xəstələrdə radioterapiya və dərmanların təsirindən;

5) Böyrəklərlə sidik turşusunun ekskresiyasının azalması — böyrək polikistozu, qurğuşun nefropatiyası, xronik böyrək çatışmazlığı;

6) Bəzi dərman preparatlarının qəbulu: tiazid diuretiklər, aspirin, siklosporinlər.

7) Bəzi xəstəliklər: ürəyin işemik xəstəliyi (ÜİX), arterial hipertenziya, metobolik sindrom,  psoriaz, bəzi qan xəstəlikləri.  

8) Digər səbəblər— həddən artıq fiziki yüklənmə.

Podaqrik artrit kəskin və ya xroniki gedişatlı ola bilər. Kəskin artritin epizodik tutmaları (podaqrik tutmalar) prosesin xroniki vəziyyətə keçməsi ilə növbələşir, nəticədə oynaq qığırdağının və sümüyün proqressiv destruksiyası yaranır. 


Podaqranın simptomları

Kəskin podaqrik artrit tutması adətən l daraq-falanqa oynağının, aşıq-baldır və ya diz oynağının kəskin artriti formasında biruzə verir. Adətən səhər saatlarında və ya gecə güclü ağrı tutmaları olur. Zədələnmiş oynaq şişir, oynaq üzərində yerli hərarət artır, dəri qızarır, hərəkət məhdudluğu yaranır. Adətən gündüzlər ağrı az olur, axşama doğru artır. Podaqrik artrit tutması 2-3 gündən 1 həftəyə qədər davam edə bilir. Təkrar tutma zamanı digər oynaqlar da prosesə qoşula bilir. Podaqranın uzun müddətli gedişatında oynaqların bükücü səthlərində, qulaq seyvanında, dirsək çıxıntısının bursasında, əl barmaqlarının yastıqlarında, vətərlərdə tofuslar yaranır. Bu tofuslar dağıla və içindən sidik turşusu kristalları xaric ola bilər. Bu vaxt xəstə kəskin ağrı hiss edir.  Əl və ayaqların rentgeni zamanı eroziyalar aşkar olunur. 
Тофус | Пикабу

 

 

 

 

 

 

 

 

 

Podaqranın diaqnostikası:

Qanda sidik turşusunun yoxlanması

Sinovial mayenin analizi

Əl və ayaq rentgen


Podaqranın müalicəsi:

Müalicə farmokoloji və qeyri-farmakoloji üsullarla aparılır. Müalicə zamanı bir sıra faktorları nəzərə almaq lazımdır: artritin kəskin tutmasını, tutmalararası periodu, xroniki formanı, tofus formasını, qanda sidik turşusunun miqdarını, yanaşı xəstəlikləri.

Müalicənin əsas aspekti xəstəni düzgün həyat tərzinə uyğunlaşdırmaq, bədən çəkisini azaltmaq, pəhriz, alkoqol və pivə qəbulunu dayandırmaqdır. Qida rasionundan purinlə zəngin qida məhsullarını məhdudlaşdırmaq lazımdır. 

Kəskin podaqrik tutmaların müalicəsində qeyri-steroid iltihab əleyhinə vasitələr (QSİƏP) və kolxisin, allopurinol, urikozurik agentlər (probenesid) istifadə olunur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Али Ализаде

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса