Hepatit C
Hepatit C, virus hepatitləri arasında ən təhlükəlisi sayılır. Bu virus orqanizmin hepatit C virusu ilə yoluxması nəticəsində baş verən qaraciyər xəstəliyidir.
Hepatit C virusunun çoxalması və qaraciyər toxumalarının zədələnməsi nəticəsində patoloji proseslər inkişaf edə, qaraciyər sirrozu və qaraciyər xərcəngi yarana bilər.
Xəstəliyin daha bir təhlükəsi onun ilkin simptomlarının olmamasıdır - onlar bir qayda olaraq, ifadə olunmur (buna görə xəstəliyə “mülayim qatil” adı da veriblər), infeksiya gizli inkişaf edir. Peyvəndi isə hələ ki, mövcud deyil.
Statistikaya görə, hepatit C dünyada hər il 350 minə yaxın insanın ölümünə səbəb olur.
Qeyd olunduğu kimi, hepatit C-nin ilkin əlamətləri çox zəif müşahidə olunur və yaxud, ümumiyyətlə müşahidə olunmur. Bu, orqanizmin müqavimətindən asılıdır. Adətən ilkin simptomları yoluxmadan 2 həftə - 6 ay sonrası üzə çıxır.
Həkimlər infeksiyadan şübhələndikdə, ilkin diaqnostika kimi qanın seroloji analizi olunmalıdır. Bu müayinə zamanı sizin qanınızda HCV virusunun anticisimlərinin (Anti-HCV antibody) olub olmaması yoxlanılır.
Hepatit C-nin ilkin simptomlarına iş qabiliyyətinin aşağı düşməsini, astenik vəziyyəti, yorğunluq hissini aid edirlər.
– İştahanın pozulması və ya olmaması;
– Ürəkbulanma;
– Ümumi zəiflik, asteniya, əhvalın pisləşməsi;
– Oynaqlarda ağrı;
– Dəri örtüyünün, selikli qişanın, gözlərin ağ qişasının sarımtıl rəng alması;
– Qaraciyər və dalağın ölçülərinin böyüməsi.
– Qeyri-steril şprislərlə inyeksiya zamanı;
– Xəstə donorun qan, plazma, orqan və toxumalarının köçürülməsi zamanı;
– Stomatoloji klinikalarda, gözəllik salonlarında, tatu döydürülməsi və s. qeyri-steril alətlərin istifadəsi zamanı;
– Yoluxmuş adamla cinsi akt zamanı;
– Məişət yolu ilə yoluxma: üzqırxan cihazlar, diş fırçalarının istifadəsi zamanı (çox nadir hallarda rast gəlinir);
– Hamiləlik zamanı anadan uşağa yoluxma;
– Qeyri-steril şəraitdə doğuş və əməliyyat prosedurları zamanı.
– Qaraciyər toxumalarının fibrozu;
– Qaraciyər sirrozu;
– Qaraciyər toxumalarının xərçəngi;
– Portal xarakterli hipertenziya;
– Assit, mayenin qarın boşluğuna yığılması;
– Daxili orqanların varikoz genişlənməsi;
– Orqanizmin xroniki intaksikasiyası;
– Qaraciyər ensefalopatiyası;
– Gizli daxili qanaxmalar.
Hepatit C-nin müalicə kursuna aşağıdakılar aiddir:
– Preparatlarla virus əleyhinə müalicə;
– Qaraciyər funksiyalarının bərpası üçün dərman preparatlarının qəbulu;
– Qüvvətləndirici təsirə malik preparatların, immunomodulyator və immunostimulyatorların tətbiqi.
UNUTMAYIN Kİ, pəhriz qaydalarına, gündəlik rejimə əməl olunmadıqda, habelə, fiziki aktivlik azaldıqda medikamentoz müalicə kursu effekt vermir.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az