Гюнель  Байрамлы hekimtap.az

Гюнель Байрамлы,Oп.

Пластический хирург

Oператор

Баку
Vaser liposaksiyası hekimtap.az

Vaser liposaksiyası

Автор: Plastik cərrah Op. Dr. Günel Bayramlı 055 225-57-77
13811

Опубликовано: 07.04.2018
Гюнель Байрамлы

Plastik cərrahiyyə bizə bədən quruluşumuzu asanlıqla korreksiya etməyə şərait yaradıb. Artıq bədən formasını daha da cazibədar etmək üçün uzun müddətli dietalara və ağır fiziki məşqlərə ehtiyac yoxdur.

Bədən quruluşunun korreksiyası üçün tətbiq edilən plastik cərrahiyyə üsullarından biri də liposaksiyadır.

Liposaksiyanın bir neçə üsulu var:
Buraya vakuumlu liposaksiya, ultrasəs dalğalı liposaksiya, lazer liposaksiyası, güc dəstəkli liposaksiya və su yardımlı liposaksiya aiddir.   

Yuxarıda qeyd olunan üsullarla bədənin müxtəlif yerlərində toplanmış piyləri uğurla xaric etmək mümkün olsa da, nəticədə müəyyən travma və ağırlaşmalar yarana bilir.

Lakin liposaksiya texnologiyalarındakı  inqilabi yenilik bütün bu problemləri aradan qaldırdı. Bu, Vaser liposaksiyasıdır!   

Vaser liposaksiyasının üstünlükləri

Vaser liposaksiyası ultrasəs dalğalı liposaksiya üsullarının ən müasiri hesab olunur.

Vaser liposaksiyasının iş prinsipi təhlükəsiz ultrasəs dalğaları üzərində qurulub. Bu dalğalar vasitəsilə lokal nahiyələrdəki piy qatı bərabər hissələrə parçalanır və bədəndən xaric edilir

Bu liposaksiya metodunun özəlliyi onun insan orqanizminə heç bir ziyan vurmamasından ibarətdir. Bundan başqa, Vaser üsulunun əməliyyatdan sonra sallanmış dəriləri yığma xüsusiyyəti də var. Bu üsul atravmatik olduğu üçün bədən heykəltəraşlığında da müvəffəqiyyətlə tətbiq olunur. Əməliyyat tamamilə ağrısız, qansız və təhlükəsiz keçir!

Vaser liposaksiyasının daha bir üstün cəhəti odur ki, ultrasəs dalağaları vasitəsilə parçalanan piylər kanyula vasitəsilə bədəndən xaric edildikdən sonra yenidən insan orqanizminə daxil etmək üçün (lipofilinq) istifadə oluna bilər.

Vaser liposaksiyasının bir özəlliyi də var. Onun vasitəsilə bədənin müxtəlif yerlərinə forma verməklə atletik bədən quruluşu yaratmaq mümkündür.

Vaser liposaksiyasına göstərişlər

Bu prosedur daha çox aşağıdakı hallarda tətbiq olunur:
 – Həddindən artıq böyük qarın;
 – Kürəkdə artıq piylər;
 – Kişilərdə qadınsayağı məmə;
 – Bud və qollarda artıq piylər;
 – Buxaq;
 – Bədən şəkilləndirliməsi.

Bu üsul qadınlarla yanaşı, kişilərə də uğurla tətbiq edilir.

Vaser liposaksiyasına əks-göstərişlər

Aşağıdakı hallarda Vaser əməliyyatı əks-göstərişdir:
 – Laktasiya və hamiləlik;
 – Psixoloji və əsəb pozuntuları;
 – Onkoloji xəstəliklər;
 – Şəkərli diabet;
 – Menstruasiyalar;
 – Damarların ağırlaşmış varikoz genişlənmələri;
 – Daxili orqanların xroniki xəstəlikləri;
 – İltihabi, virus, autoimmun xəstəliklər;
 – Təzyiq yüksəlməsinə meyillilik və prosedur aparılan gün təzyiqin yuxarı olması;
 – Qan laxtalanmasının aşağı səviyyədə olması.  


Mövzu ilə bağlı video:

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 


Гюнель Байрамлы,Oп.

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса