Dodaqların plastikası və ya xeyloplastika ən çox tələb olunan plastik əməliyyatlardan biridir. Təbiətin bəxş etdiyi dodaq quruluşundan narazı olan qadınların sayı kifayət qədərdir.
Kimisi dodaqları həcmini böyütmək və ya kiçiltmək, konturlarını düzəltmək və ya daha həssas etmək istəyir.
Prosedur həyata keçməzdən əvvəl həkimin konsultasiyasından və müayinədən keçmək vacibdir ki, xoşagəlməz nəticələrdən sığortalanasız.
Bu gün dodaqların forma və ölçülərini dəyişmək heç də çətin deyil və bunu üçün kifayət qədər prosedurlar mövcuddur. Əgər dodaqlarınızın həcmindən narazısınızsa və onları azacıq böyütmək istəyirsinizsə, plastik cərrahiyyəyə müraciət etməmək də olar.
Çünki bunu xüsusi preparatların köməkliyi ilə də həyata keçirmək mümkündür. Yox əgər dodaqlarınız əsaslı şəkildə sizi qane etmirsə, bu zaman dodaqların plastikası – xeyloplastika köməyinizə çatacaq. Bu cür əməliyyatların müxtəlif növləri var və onların hər biri pasiyentin istəyinə uyğun tətbiq olunur:
Rekonstruktiv əməliyyat – ölçü və konturların tam dəyişdirilməsi, daha çox anadangəlmə və ya əldə olunmuş defektlər zamanı təyin edilir;
Estetik əməliyyat – mürəkkəb əməliyyat deyil, pasiyent dodaqlarında əhəmiyyətli dərəcədə dəyişiklik etmək istəmədiyi təqdirdə - həcmi böyütmək və ya kiçiltmək arzulayarsa, tətbiq olunur .
Ümumiyyətlə, kiçildici xeyloplastikanın özəl adı var – redoksion xeyloplastika. Bu əməliyyat həm aşağı, həm də yuxarı dodaqların eyni vaxtda və ya ayrı-ayrılıqda kiçildilməsindən ibarətdir.
Estetik xeyloplastika cərrahi müdaxilə tələb etmir, xüsusi preparatlarla, məsələn, gilauron turşusunun köməkliyi ilə həyata keçirilir.
Prosedur demək olar ki, ağrısıdır və o qədər də əhəmiyyətli olmayan kənaraçıxma hallarında – dodaq künclərinin aşağı enməsi, həcm kifayət qədər olmadıqda tövsiyə edilir.
Əməliyyata digər göstərişlər də ola bilər, istənilən halda, prosedur hospitallaşma tələb etmir, bərpa periodu isə kifayət qədər sürətlə keçir.
Rekonstruktiv plastika üçün yerli anesteziya tələb olunur, bəzi hallarda xüsusi göstərişlər olarsa, ümumi anasteziya da tətbiq oluna bilər. Bu zaman dodaqlarda kəsiklər aparılır, implantlar qoyulur və tam korreksiya edilir.
Bu prosedura müxtəlif anadangəlmə və əldə olunmuş defektlər göstəriş ola bilər.
Göstərişlər aşağıdakılardır:
Prosedurdan əvvəl həkim pasiyentlərə aşağıdakı tövsiyələri verir:
Prosedurdan sonra aktiv çeynəmə tələb edən bərk və quru yeməklər rasiondan istisna edilir, sup və sıyıqlara üstünlük verilir.
Dodaqların plastikasından sonra günəş altında olmaq məsləhət deyil, belə ki, ultrabənövşəyi şüalar vəziyyəti ağırlaşdıra, arzuolunmaz reaksiyalar verə bilər. İlk 6 ayda çimərlik və günəş altında aktiv həyat tərzindən uzaq dayanmaq tövsiyə olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az