Севиндж  Шихалиева hekimtap.az

Севиндж Шихалиева

Отоларинголог (ЛОР)

13 лет опыта работы

Баку
Adenoidit hekimtap.az

Adenoidit

Автор: Otolarinqoloq Sevinc Şixaliyeva , Əlaqə: (+994) 51 430-00-45
3453

Опубликовано: 22.07.2020
Севиндж Шихалиева

Adenoid və adenoidit nədir?

Adenoid – burunun udlağa keçidi səviyyəsində yerləşən burun-udlaq badamcığıdır.  

Adenoidlərin iltihablaşması - adenoidit adlanır. Bu xəstəlik, əsasən, uşaqlarda burun-udlaq badamciğının iltihabı fonunda yarana bilir. Xəstəliyin inkişafına təkan verən faktorlar - limfoid toxumanın özünü qoruya bilməməsi, onun limfatik sisteminin və filtirasiya funksiyasının zəif olmasıdır. Bunların nəticəsində virus infeksiyaları, bakterial infeksiyalar, toz və s. adenoidlərə toplanır və orada limfatik toxuma tərəfindən zərərsizləşdirilə bilmir, nəticədə adenoidit əmələ gəlir. 

Bəzən adenoidlərin hipertrofiyası (böyüməsi) iltihabi proses olmadan da müşahidə olunur ki, bu da tənəffüs çətinliyi və diskomfort yaradır. 

 
Adenoid hipertrofiyası dərəcəsinə görə 3 yerə ayrılır:

- 1-ci dərəcəli adenoid vegetasiyası;

- 2-ci dərəcəli adenoid vegetasiyası;

- 3-cü dərəcəli adenoid vegetasiyası. 


Uşaqlarda adenoid hipertrofiyası və onların əlamətləri

Uşaqlarda burun badamcıqları 1 yaşdan sonra inkişaf etməyə başlayır, onların inkişafı 8-9 yaşa kimi davam edir, 9 yaşdan sonra sovrulma dövrü başlayır, 13-14 yaşa kimi bu dövr başa çatır. Az-az hallarda böyük yaşlı adamlarda allergik fon və genetik faktorlar səbəbindən adenoidlər sovrulmur. Bu zaman biopsiya götürülür və patohistoloji müayinəyə göndərilir. Əgər cavab adenoid vegetasiyası kimi təsdiqlənirsə, cərrahi yolla aradan qaldırılır. 

 

Adenoid hipertrafiyasının ilkin əlamətləri - ağzıaçıq yatma, burun-dodaq büküşlərinin hamarlanması, burun qanadlarının gərginləşməsi, sərt damaq qübbəsinin dərinləşməsi və xoruldamadır. Bunlarla yanaşı, aşağıdakı simptomlar da müşahidə oluna bilər:

- fısıldama;

- ağızdan suyun axması;

- gecə enurezləri (nadir hallarda);

- gecələr tez-tez oyanmalar;

- əsəb gərginliyi;

- iştahanın azalması;

- ümumi zəiflik;

- yaddaş zəifliyi və s. 

Dərəcəsindən asılı olaraq adenoiditlər hətta, üz quruluşunun dəyişməsinə gətirib çıxara bilər. Belə dəyişikliyə “adenoid sifəti” deyilir. Bu zaman şişkinlik nəticəsində burun-dodaq büküşü hamarlaşır, burun qanadları genişlənir, ağız-çənə nahiyəsinin forması dəyişir, eyni zamanda ağız boşluğunda sərt damaq qübbəsi əmələ gəlir. Bunlarla yanaşı, çənə quruluşunun dəyişməsi açıq dişləmin yaranmasına gətirib çıxarır. 

Adenoiditin ən ciddi əlaməti - apnoedir. Apnoe tənəffüsün ən azı 10 saniyə müddətinə dayanması deməkdir ki, bu da ölümlə nəticələnə bilər!  


Adenoid hipertrofiyasının müalicəsi

Adenoiditlər iki üsulla müalicə olunur: konservativ və cərrahi. Konservativ müalicə, əsasən, 1-ci və 2-ci dərəcəli adenoiditlərə tətbiq olunur. Xəstəlik konservativ müalicəyə tabe olmazsa, bu zaman cərrahi müdaxilə göstərişdir.   

3-cü dərəcəli adenoiditlər burun-udlaq yolunu obstruktiv bağladığına görə kəskin tənəffüs çatışmazlığı yaradır. Bu zaman cərrahi müalicə birbaşa göstərişdir.   

 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Севиндж Шихалиева

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса