Хейран Щиринова

Офтальмолог

26 лет опыта работы

Баку
Uveit hekimtap.az

Uveit

Автор: Oftalmoloq 077 398 00 55
3201

Опубликовано: 07.08.2019
Хейран Щиринова

Uveit nədir?

 Uveit gözün içindəki damar təbəqəsinin ( uvea) iltihabi nəticəsində  əmələ gələn xəstəlikdir. Uvea gözün damar təbəqəsi olduğuna görə gözün bütün qidalanmasından cavabdehdir. Uveadakı bir iltihab korneadan görmə sinirinə qədər  zədələyə və görməni əhəmiyyətli şəkildə azalda bilər. Uveitin  rastgəlmə populyasiyasi yetişkin insanlardır, ən çox 20-60 yaş arasında təsadüf edilir.

Uveitin simtomları:

İlkin şikayətlər görmədə bulanıqlıq, işıqdan qorxma, göz kurəsində  vəya göz ətrafında şiddətli ağrı, gözdə qızartı, uçuşmalar, qamaşma görmənin azalması, gözün yaşarması, götrüntüdə olan ləkələrdən ola bilər.

Uveitin səbəbləri:

 40 % hallarda səbəb bilinməməkdədir. Behçet xəstəliyi, vərəm,sifis, ankilozan spondolit, revmatizmal xəstəliklər, psoriaz, travma,  göbələk, toksoplazma, herpes, immun sistem xəstəlikləri , lyme xəstəliyi  və s. kimi xəstəliklər uveitə səbəb olur.

Uveitin diaqnozu necə qoyulur?

 Uveit bəzi hallarda heç bir şikayət olmadan  müayinə əsasında aşkarlanan xəstəlikdir. Əgər xəstənin heç bir şikayəti olmasa belə xəstəlik  dəqiqliklə mütəxəssis tərəfindən   araşdırılıb səbəbə uyğun müalicə aparılmalıdır.  Sadə göz müayinəsi ilə uveitin müayinəsini tamamlamaq olmaz. FFA  müayinəsi  və digər  müayinələr  ( qan, radioloji və s.) diaqnozun  təsdiqlənməsində əhəmiyyətli nəticələr verir. Bəzi hallarda isə geniş spektrli araşdırmalar fluresan angiografiya, indosiyanin yaşılı  angiografiyası görmə sahəsi, revmatoloq və dermatoveneroloq mütəxəssisində konsultasiyasına ehtiyac duyula bilər.

Xəstəliyin şiddəti nə olur olsun müalicəsi  təcilidir. Müalicəyə gec başlandiğinda  bəbək şəklinin dəyişikliyi, katarakta  göz daxili təzyiqin yüksəlməsinə gətirib çıxara bilər. Bu üzdən xəstəlik  varsa mütləqdirki erkən müqyinə və müalicə aparılsın.

Uveitin müalicəsi:

 Tamamilə sağalma  mümkün olmasa da  erkən   və düzgün müalicə xəstəliyin gedişatini ləngidir, yüksək görmə itiliyini və əsasıda göz sağlamlığını qoruyub saxlayır. Burada  vurğulanması əsas  olan bir nüans  uveitin son dərəcə  qarişıq  və mualicəsi standartdan kənar bir xəstəlik olmasıdır. Buna görədə  xəstəlik ındividual qiymətləndirilib, özunəməxsus müalicə taktikasi, dərman dozası seçilməlidir!

Gözün ön qismində baş veren  uveitlər- iritis və tsiklitis  ani başlanğıcla başlayır və müalicəyə   daha rahat tabe olandır. Arxa şöbədə yerləşən xorioydit  daha ləng başlayır və müalicəyə  çətin tabe olandır. Uveitin müalicəsində məqsəd görmə itkisini əngəlləmək, ağını yox etməkdir. Uveitin müalicəsində istifadə edilən əsas preparat steroid tərkibli dərmanlar və göz bəbəyini genişlətmək üçün sikloplegiklərdir. Bu da gözdə iltihabı azaldır və  iris yapışmasının qarşısını alır. İnfeksiya mənbəyi olan virus, bakteriyalar, göbələk üçün isə antibiotik terapiya aparılır. Əlavə olaraq  sistem xəstəliklərin müalicəsi  uyğun klinisist tərəfindən aparılır. Xəstələrin müşahidə altında olması  çox önəmlidir.  Çünki bəzi vacib nüanslar müsahidə dövründə  meydana çıxır. Xəstələr 3 ay aralıqlarla müayinə olunmalı, digər orqanlarda  baş verən dəyişikliklər haqqında  oftalmoloq  bilgiləndirilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az    


Хейран Щиринова

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса