Хейран Щиринова

Офтальмолог

26 лет опыта работы

Баку
Katarakta hekimtap.az

Katarakta

Автор: Oftalmoloq 077 398 00 55
2591

Опубликовано: 15.12.2019
Хейран Щиринова

Katarakta nədir?

Xalq arasında pərdə və ya mirvari suyu deyilən katarakta, gözün içərisində yerləşən büllurun bulanmasına deyirlər. Büllur bulandığı zaman gözün dibinə işıq keçə bilmir və insanın görmə qabiliyyəti pozulur.

Kataraktanın səbəbləri:

Katarakta daha çox yaşlı insanlar arasında rast gəlir. Insan qocaldıqca gözün strukturu dəyişilir və göz bülluru tədricən öz şəffaflıgını itirir və bulanig olur. Əksər hallarda katarakta  60 yaşından yuxari olan insanlarda aşkar olunur, lakin bəzən bu xəstəlık 40-45 yaşlı insanlardada inkişaf edir. Şəkərli diabeti olan, travma alan insanlarda katarakta ilə daha sıx qarşılaşmaq mümkündür. Gözün qlaukoma, uveit kimi xəstəlıkləridə kataraktaya səbəb ola bilər. Katarakta anadangəlmədə ola bilər. Bunun səbəbi irsiyyət və ya göz büllurunun bətndaxili patologiyası ola bilər.

Kataraktanın simptomları:

Kataraktasi olan xəstələrin şikayətləri əsasən dumanlı görmə, görmənin tədricən azalması, və ikiləşmə olur. Bəzən bu xəstələr gündüz vaxtı işığa baxanda gözləri qamaşır, axşam isə daha aydın görürlər. Katarakta yetişdikdə isə büllur tam bulanır və görmə tam itə bilər. Xəstələrə elə gəlirki, göz önündə nəsə var və tez tez gözünü qırpır ki, aydın görməyə nail olsun.
Kataraktası olan pasiyentlərdə, normalda qara rəngdə olan bəbəyin rəngi boz və ya ag rəngdə olur.

Kataraktanın müalicəsi:

Kataraktanın yeganə müalicə üsulu cərrahi əməliyyatdır.
Bəs nə zaman cərrahi əməliyyat aparılmalıdır? Xalq arasında gəzən, katarakta tam yetişməlidir düşüncəsi yanlışdır. O zaman ki, görmənin azalması xəstənin gündəlik yaşamına maneə olur, bu halda əməliyyat etmək vacibdir. Məsələn daim mütaliə ilə məşqul olan müəllim və ya bütün gün ərzində sükan arxasınada olan sürücülər, cərrahi əməliyyata daha tez ehtiyac duyurlar, nəinki evdən bayıra cıxmayan yaşlı bir insan. Onu da qeyd edim ki, çox gecikmiş katarakta, əməliyyatın gedişatını mürəkkəbləşdirə bilər.
Cərrahi əməliyyatın gedişi
Katarakta əməliyyatı xəstə üçün yorucu bir əməliyyat deyil. Damla və ya az miqdarda uyuşdurucu preparat inyeksiyasi ilə aparılır. Əməliyyatın aparılma müddəti 15 -20 dəqiqədir.
Cərrahi əməliyyat müxtəlif üsullar ilə aparılır. Buna gözün vəziyyətindən və xəstənin durumundan asılı olaraq cərrah qərar verir. Məqsəd bulanmiş bülluru kapsulundan cıxarıb, onun əvəzinə süni bülluru implantasiya etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az    


Хейран Щиринова

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса