Рена  Абдуллаева hekimtap.az

Рена Абдуллаева

Онколог

28 лет опыта работы

Баку
Özü-özünü müayinə
 hekimtap.az

Özü-özünü müayinə

Автор: Onkoloq-mamoloq Rəna Abdullayeva
2897

Опубликовано: 25.12.2019
Рена Абдуллаева

ÖZÜ – ÖZÜNÜ MÜAYİNƏ NƏ VAXT APARILIR?

Hər bir qadın süd vəzilərini özü tərəfindən ayda bir dəfədən az olmayaraq müayinə etməlıdır. Normal menstruasiya olan qadınlarda tsiklin 7-14 cü günündə, menstruasiya qeyri-mütəmadi olan və ya tamamilə olmayan qadınlar isə ayda bir dəfə eyni tarixdə müayinə aparmalıdırlar.

ÖZÜ – ÖZÜNÜ MÜAYİNƏ APARILMASININ QAYDALARI:

1. Güzgü qarşısında qollar aşağı sallanmış şəkildə baxın.
2. Qolları yuxarı qaldıraraq baxın.(dəridə,gilədə,süd vəzin formasında,ölçüsündə dəyişiklik varmı?)
3. Sağ əli başin arxasında tutmaqla yavaş dairəvi hərəkətlərlə sol süd vəzini müayinə edin (sərtlik,şişkinlik,düyün əllənirmi?)
4. Baş barmaqla şəhadət barmağı arasında hər iki süd vəzin gilələrini sıxıb baxın(ifrazat gəlirmi?).
5. Uzanmış vəziyyətdə də süd vəzilərin kənarlarından giləyə doğru yüngül dairəvi hərəkətlərlə müayinə edin.
6. Sağ və sol qoltuqaltı nahiyyələri də dairəvi hərəkətlərlə yoxlayın.

PROBLEM AŞKAR OLUNARSA…

Süd vəzilərində və ya limfa düyünlərində problem aşkar etdikdə həkim-mammoloqa müraciət edin.
Əlavə müayinələr həkim tərəfindən baxışdan sonra təyin olunur.

SÜD VƏZİLƏRİN KOMPLEKS MÜAYİNƏSİ:

1.Mammoloqun konsultasiyası
2.Ultrasəs müayinəsi
3.Mammoqrafiya
4.Süd vəzilərin MRT müayinəsi
5.Süd vəzilərin biopsiyaları.

40 yaşına qədər sağlam qadınlara ildə bir dəfə mammoloqun baxışı,tibbi göstəriş olarsa USM və ya MRT olunur.
40 yaşından yuxarı olanlar ildə 1 dəfə mammoloqun baxışı və MMQ, tibbi göstəriş olduqda USM, MRT olunur.
 


Рена Абдуллаева

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса