Гюльшан Дикмен hekimtap.az

Гюльшан Дикмен

Офтальмолог

15 лет опыта работы

Баку
Qlaukoma nədir, əlamətləri hekimtap.az

Qlaukoma nədir, əlamətləri

Автор: Oftalmoloq Gülşən Dikmen , Əlaqə: 055 808-84-23
8197

Опубликовано: 25.08.2018
Гюльшан Дикмен

Qlaukoma dünyada geridönməz korluğa səbəb olan 1 nömrəli xəstəlikdir. Risk qripuna 40 yaşından yuxarı qadın və kişilər aiddirlər. Simptomlardan məlumatsız olmaq və ya onlara etinasız yanaşmaq – birbaşa görmə əlilliyinə aparır – ömürlük! Bu məqalədə qalaukomanın simptomları, yaranma səbəbləri, diaqnostika və müalicəsindən söhbət gedəcək.

Qlaukoma nədir?

Qlaukoma – göz təzyiqinin qalxması, görmə sahəsinin daralması və tədricən görmə sinirinin atrofiyası ilə xarakterizə olunan xəstəliklər qrupudur. Görmə siniri öldükdən sonra insana artıq heç nə ilə kömək etmək mümkün deyil, yəni gözlər kor olur. İfadə olunmuş simptomlara qədər qlaukoma gizli gedişata malik olur.

Görmənin itirilməsinə əsas səbəb – göz təzyiqinin yuxarı olmasıdır. İnsan göz təzyiqinin yuxarı və ya aşağı olduğunu heç cür hiss edə bilmir.

Qlaukomanın yaranma səbəbləri

Qlaukoma irqindən, milliyyətindən, təhsil səviyyəsindən asılı olmayara instənilən insanı yaxalaya biləcək bir xəstəlikdir. Xəstəlik aşağıdakı səbəblərdən yarana bilər:

1. Yaş. Pasiyentlərin yaşlarına nəzər salsaq, görərik ki:
7% -55 yaşdan gəncdir
44% - 55-74 yaş arasındadır
49% - 75 və daha yuxarıdır

2. İrq. Avropeoid irqinə məxsus insanlarda qlaukomaya 1.2% hallarda rast gəlinir. Yer üzərində insanların 55%-i monqoloid irqinə məxsusdur – göz quruluşunun xüsusiyyətlərinə görə onlarda qlaukomanın qapalı formasının inkişaf riski daha yüksəkdir.

3. İrsilik. Göz təzyiqinin səviyyəsi və qlaukoma xəstəliyinin inkişafı genlərlə birbaşa əlaqədardır. Əgər valideynlər qlaukomadan əziyyət çəkirlərsə, xəstəliyin inkişaf ruski artıq 4% təşkil edir. Bacı və ya qardaşlarda bu xəstəlik varsa, risk 10%-dək qalxır. 

4. Şəkərli diabet. Kliniki tədqiqatlar göstərir ki, qlaukoma və şəkərli diabet arasında əlaqə vardır.

5. Arterial təzyiqin aşağı olması. Arterial təzyiq aşağı olduqca, qlaukomanın yaranma və gözlərin sürətlə korlaşma riski yüksəlir. 

6. Yaxından görmə. Bu patologiyanın qlaukomanın inkişaf etməsi ilə əlaqəsi var.

7. Torlu qişanın xəstəlikləri. Torlu qişanın qopması və ya göz trombozunun üzləşmiş pasiyentlərdə qlaukoma daha çox inkişaf edir.

Qlaukomanın əlamətləri

Qeyd olunduğu kimi, qlaukomanın ən təhlükəli simptomu – hər hansı simtomun olmamasıdır. Əgər görmə qabiliyyətiniz sizi qane edirsə və ya burada heç bir dəyişiklik yoxdursa, bu, hələ o demək deyil ki, hər şey qaydasındadır.

Qlaukomanın əlamətləri aşağıdakılardır:

  1. Gözlərdə damarlardan ibarət torun əmələ gəlməsi.
  2. Görmədə dumanlanma.
  3. Bir və ya hər iki gözdə ağırlıq hissi.
  4. Yaxın və ya uzaq məsafəyə fokuslaşmanın çətinləşməsi.
  5. Gözlərin yorğunluğunluq dərəcəsinin arması.
  6. Bir və ya hər iki gözdə dartılan ağrıların əmələ gəlməsi.
  7. Gözlərdəki ağrının baş ağrısı və ürəkbulanma ilə müşayiət edilməsi və s.

Əgər özünüzdə bu əlamətlərin bir neçəsini hiss etsəniz, mütləq aftolmoloqun müayinəsindən keçin.

Qlaukomanın diaqnostikası

Qlaukomanın diaqnostikası üçün bir çox metodlar mövcuddur. Buna baxmayaraq, insanların xəstəliyə etinasız yanaşması – profilaktik müayinələrdən keçməməsi qlaukomadan kor olanların sayını ildən-ilə artırır.

Qlaukomanı diaqnozlaşdırmaq üçün aşağıdakı metodlardan istifadə olunur:

  • Biomikroskopiya – gözlərin yarıq lampa ilə müayinəsi. Həkim gözləri mikroskop altında müayinə edərkən qlaukomaya xas olan əlamətləri görür.
  • Tonometriya – gözdaxili təzyiqin ölçülməsi.
  • Görmə sahələrinin müayinəsi – qlaukomanın diaqnostikasının ayrılmaz hissəsidir.
  • Qonioskopiya – gözün ön kamersı bucağının tədqiqi.

Qlaukomanın müalicəsi

Qlaukomanı müalicə etmək mümkün deyil, lakin kontrolda saxlamaq olar. Bu, xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, medikamentoz və ya cərrahi üsulla həyata keçirilir.


Mövzu ilə bağlı video:

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Гюльшан Дикмен

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса