Гюльшан Дикмен hekimtap.az

Гюльшан Дикмен

Офтальмолог

15 лет опыта работы

Баку
Pterigium nədir? hekimtap.az

Pterigium nədir?

Автор: Oftalmoloq Gülşən Dikmen , Əlaqə: 055 808-84-23
5667

Опубликовано: 25.10.2018
Гюльшан Дикмен

Pterigium - gözün selikli qişasının qırmızı və ağ rəngli anomal böyüməsinə və onun əsasən, nazal tərəfdən buynuz qişa ilə birləşməsinə deyilir. Bu, həmçinin, gözün ön tərəfində və ya hər iki gözdə baş verə bilər. 

Qanadvari pərdənin böyüməsi zamanı ağrı simptomları müşahidə edilmir, patologiya onun ölçülərindən asılıdır: pterigium nə qədər çox böyüyərsə, diskomfort (məsələn, gözlərin yaşarması, gıcıqlanması, qızarması və ya gözdə yad cismin olması hissi) bir o qədər artıq hiss edilir. Daha ağır hallarda görmədə təhlükə yarana bilər, belə ki, pterigion buynuz qişanı daha çox hissəsini əhatə edir, bu isə astiqmatizmin əmələ gəlməsinə gətirib çıxara bilər. 

Pterigiumun yaranma səbəbəri

Pterigiumun yaranma səbəbləri məlum deyil, lakin əsas risk faktoru kimi günəş şüalarının gözlərə uzunmüddətli təsiri və gözlərin quruluğu qəbul olunub. Beləliklə, pterigiumun açıq havada normadan artıq olan və isti, küləkli iqlimdə yaşayan insanlarda əmələ gəlmə riski daha çoxdur. Çirklənmiş ətraf mühit, toz, çirk, allergen və kimyəvi maddələrin təsiri də bu xəstəliyin yaranmasına təkan verir. 

Pterigiumun əlamətləri

İlkin mərhələdə pasiyent demək olar ki, heç bir diskomfort hiss etmir.  Pterigium inkişaf etdikcə, yad cismin olması hissi, gözlərin quruması və qıcıqlanması qeyd olunur. Dəyişmiş konyuktivanın iltihabı ödem, qızarma, göynəmə, yaşarma ilə müşayiət edilir. 

Pterigiumun diaqnostikası

Xəstəliyin diaqnostikası üçün heç bir xüsusi avadanlığa ehtiyac yixdur və o ,adətən göz və kirpiklərin müayinəsi ilə müəyyənləşdirilir. 

Pterigiumun müalicəsi və profilaktikası

Pterigiumun ölçüləri böyük olmazsa, adətən, müalicə tələb etmir, lakin diskomfort hissini azaltmaq üçün nəmləndirici göz damcılarından istifadə edə bilərsiniz. Yəni patologiyanın heç bir medikamentoz müalicəsi yoxdur. 

Əgər pterigium böyüyərək, görmə nahiyəsinə çatarsa, cərrahi müdaxilə tələb olunur. Bu zaman konyuktivanın zədələnmiş hissəsi aradan qaldırılır və o, pasiyentin sağlam konyuktiva toxuması ilə əvəz edilir (konyuktiv autotransplantant).  Bu əməliyyat yüksək dəqiqliklə həyata keçirilməlidir ki, zədələnmiş nahiyə tamamilə aradan qaldırılsın və residivin qarşısı alınsın. 

Pterigiumun ən yaxşı profilaktikası gözlərin ultrabənövşəyi şüalardan keyfiyyətli qorunmasıdır. Belə ki, qanadvari pərdənin yaranmasına başlıca səbəb məhz budur. 
Bundan başqa, cərrahi müdaxilə tələb etməyən pterigium artıq mücuddursa, həkim-oftalmoloq bunu daim nəzarətdə saxlamalı və heç bir böyümənin olmadığını qeyd etməlidir.
 
Digər tərəfdən, əgər böyümə inkişaf edərsə, həkimin nəzarəti vaxtında diaqnostikaya və pterigiumun görməyə sirayət etməzdən əvvəl aradan qaldırılmasına şərait yaradar. 

Bundan başqa, əvvəllər pterigiumdan əziyyət çəkmiş pasiyentlər istənilən dəyişikliklərə qarşı diqqətli olmalı və hər hansı simtom yaranarsa, mütləq oftalmoloqa müraciət etməlidirlər.


Mövzu ilə bağlı video:

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Гюльшан Дикмен

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса