Nigar Musayeva hekimtap.az

Nigar Musayeva

Офтальмолог

10 лет опыта работы

Yaşla bağlı makulodegenerasiya
 hekimtap.az

Yaşla bağlı makulodegenerasiya

Автор: Oftalmoloq Nigar Musayeva
4169

Опубликовано: 25.07.2018
Nigar Musayeva

Yaşla bağlı makulodegenerasiyanın nə olduğunu yaşı 60-dan yuxarı olan insanlar yaxşı bilirlər. Statistikaya görə, yer üzündə 30 milyon adam sonadək öyrənilməmiş bu xəstəlikdən əziyyət çəkir. Son məlumatlara görə, makulyar degenerasiya gəncləşir və artıq 40 yaşlı qadın və kişilərə xətər yetirir.

Xəstəliyin əsas əlaməti bir və ya hər iki gözün mərkəzi görməsinin zəifləməsidir. Ona görə də görmə kəskinliyi pisləşərsə, vaxtında oftalmoloqa müraciət etmək lazımdır. Ola bilsin ki, siz yaxından görmədən əziyyət çəkirsiniz, lakin bu, makulodegenerasiyanın ilkin əlamətləri də ola bilər.

Yaşla bağlı makulodegenerasiyanın yaranma səbəbləri

Makulodegenerasiyanın yaranma səbəblərini asanlıqla izah etmək olar:

  • Yaş artdıqca, görmə orqanlarının müdafiə elementləri olan karotinoidlərin miqdaarı azalır;
  • Nəticədə ğözlər günəş radiasiyası və ultarabənövşəyi şüalara qarşı həssaslaşır.

Əvvəlcə mərkəzi görmənin ayrılmaz hissəsi olan makula zədələnir. Görmə aparatının bu elementinin sayəsində biz  kiçik detalları ayırd edir, bizi əhatə edən aləmi bütün çalarları ilə görürük.

Yaşla əlaqədar olaraq, görmə oxunun fəaliyyətində qüsur yaranır – buna degenerasiya deyirlər. Söhbət gənc insanlardan gedərsə, oftalmoloqlar “makulanın distrofiyası” diaqnozu qoyurlar.

Yaşla bağlı makulodegenerasiyanın cəmi iki növü var:

  • Quru forma – bu ağırslaşmış forma hesab edilir, müalicəyə tabe olmur və tədricən inkişaf edir;
  • Eksudativ forma – korreksiyası və inkişafının dayandırılması mümkündür.

Əgər quru forma diaqnozu qoyularsa, söhbət nahiyənin atrofiyası sayəsində torlu qişanın nazilməsi və bunun nəticəsi olaraq qan dövranının çatışmazlığından gedir. Makula üzərindəki piqment toxuması ölür -bunun nəticəsində atrofiyaya uğramış hüceyrələr ləkələr əmələ gətirir ki, onlar həkim müayinəsi zamanı görünür.  

Eksudativ formaya daha az – pasiyentlərə yaşla bağlı makulyar degenerasiya diaqnozu qoyulduqda -  rast gəlinir. Buna səbəb torlu qişanın daxilinə sirayət edən, lakin makulaya yaxın anomal damarların həcm artımıdır. Qatların defekti makulanın şişkinliyini formalaşdıran mayenin xaricə axmasına səbəb olur, bunun nəticəsində isə insan görməsini itirir.

Yaşla bağlı makulodegenerasiyanın əlamətləri

Makula degenerasiyasını ilkin mərhələlərdə aşkara çıxarmaq vacib şərtdir. Belə olan təqdirdə, xəstəliyi sağaltmaq və ya heç olmazsa, inkişafının qarşısını almaq daha asandır.

Yaşla bağlı makulodegenerasiyadan əziyyət çəkən pasiyentlər, adətən, aşağıdakı, simtomlardan şikayətlənirlər:

  • Əşya və ya təsvirlərin ikiləşməsindən;
  • Düz xətlərin əyilmiş görünməsindən;
  • Təsvirlərin dəqiq forma və cizgilərinin müəyyən edilməməsindən;
  • İşığa qarşı həssaslığın inkişaf etməsindən.

Bir çox insanlar ağrı hissi olmadığından görmənin zəifləməsini gözlərin yorulması və ya yorğunluğu ilə əlaqələndirib, həkimə müraciət etmirlər. Onlar tədricən daha bir əlamətlə - görmə mərkəzində qara ləkənin yaranması ilə üzləşirlər. Bu simtom oxumaq, yazmaq, avtomobil sürməkdə çətinliklər yaradır. 

Yaşla bağlı makulodegenerasiyanın diaqnostikası

Yaşla bağlı makulodegenerasiya diaqnozunu dəqiq qoymaq üçün aşağıdakı müayinələrdən keçmək lazımdır:

  • Oftalmoskopiya – xəstə gözün torlu qişasının vəziyyətini dəyərləndirir;
  • Tomoqrafiya – normadan kənaraçıxmaları xəstəliyin hələ erkən mərhələlərində üzə çıxarmağa şərait yaradır;
  • Amsler testi – bu testi ev şəraitində aparmaq mümkündür. İnsan qarşısındakı xüsusi tor üzərindən baxır və yayılmaların olub-olmadığını müəyyənləşdirir.

Yaşla bağlı makulodegenerasiyanın müalicəsi

Yaşla bağlı makulodegenerasiyanın müalicəsi özündə bir neçə terapiyanı birləşdirir.

Buraya aiddir:

  1. Lazer müdaxiləsi. Patologiyanın inkişafı ləngidilir, həmçinin, cərrah torlu qişadan çapığı kənarlaşdırmaq imkanı əldə edir.
  2. Lazerlə fotodinamik müdaxilə. Pasiyentin qanına xüsusi tərkib yeridilir ki, bunun sayəsində lazer aktivləşir və patoloji qan damarlarını sıradan çıxarır.  
  3. Antiangiogenez. Zədələnmiş damarların artmasının qarşısını alan preparat.
  4. Görməni yaxşılaşdıran vasitələr. Makulodegenerasiya əşyaları yaxşı görməyə mane olur və bəzi vasitələr, eləcə də linzalar obyektləri dəqiq görməyə imkan yaradır.Yaşla bağlı makulodegenerasiyanın ən yeni müalicə üsulları hələ ki, eksperiment mərhələsindədir.

Buraya aiddir:

  • Damarları xaric edən əməliyyat;
  • Torlu qişanın translokasiyası. torlu qişanın altında yerləşən damarların xaric edilməsi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az 


Nigar Musayeva

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса