Руслан  Юнусов hekimtap.az

Руслан Юнусов,Эксперт

Нейрохирург

Эксперт

10 лет опыта работы

Баку
Ependimomalar haqqında
 hekimtap.az

Ependimomalar haqqında

Автор: Uzman neyrocərrah Ruslan Yunusov
2527

Опубликовано: 11.06.2018
Руслан Юнусов

Ependimoma nədir?

Ependimoma – ependim hüceyrələrindən əmələ gələn beyin şişidir. Ependim hüceyrələri beyin daxili boşluqların divarını əmələ gətirən hüceyrələrdir. Bu şişlər adətən beyin daxili boşluqlarda (mədəciklərdə) yerləşirlər. Həm baş beyində, həm də onurğa beynində rast gəlinirlər.

Ependimomanın növləri

Ependimomaların təbiətinə görə 3 dərəcəsi var :
 – I dərəcə (xoş xassəli)
 – II dərəcə (orta)
 – III dərəcə (bəd xassəli).

Bundan başqa, mikroskopik quruluşuna görə ependimomaların 4 növü vardır:
1. Miksopapillar ependimoma ( I dərəcə),
2. Subependimoma ( I dərəcə),
3. Ependimoma (II dərəcə),
4. Anaplastik ependimoma (III dərəcə).

Ependimomalar kimlərdə görülür?

Ependimomalar nisbətən az rast gəlinən şişlər olub, bütün beyin şişlərinin 3-6%-ni təşkil edirlər. Uşaqlarda rast gəlmə sıxlığı daha çoxdur. Belə ki, ependimomaların 30%-i 3 yaş altı uşaqlarda görülür. Uşaqlarda daha çox baş beyində, böyüklərdə isə daha çox onurğa beynində rast gəlinir.

Ependimomaların əlamət və simptomları hansılardır?

Ependimomaların əlamətləri və simptomları şişin yerindən və ölçüsündən asılı olaraq dəyişir. Ən çox rast gəlinən əlamət baş ağrısı və bulantı-qusmadır. Bundan başqa əgər şiş beyin kötüyündədirsə xəstələrdə çəpgözlük, müvanizətin və yerişin pozulması kimi əlamətlər əmələ gələ bilər. Beyin yarımkürələrində yerləşən şişlər isə özünü qıcolma tutmaları, bədənin bir tərəfində qüvvətsizlik və ya hissiyatın pozulması əlamətləri ilə birüzə verir.

Ependimomaların diaqnostikası

Ependimomaların diaqnostikasında ən geniş yayılmış müayinə üsulu kompüter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafıyadır (MRT). Əlavə olaraq şiş çox yayılıbsa, beldən beyin-onurğa beyin mayesi alaraq da diaqnoz qoymaq mümkündür.

Ependimomaların müalicəsi

Ependimomaların müalicəsi şişin ölçüsünə, yerinə və beyinə sirayət edib-etməməsinə  görə dəyişir. Müalicə prinsipləri cərrahi əməliyyat, şüa terapiyası və kimyəvi terapiyadır.

Cərrahi əməliyyat əksər şişlər zamanı ilk seçimdir. Əməliyyat zamanı əsas məqsəd şişi tam və ya tama yaxın çıxarmaqdır. Çünki, şiş toxumasının çıxarılması ilə xəstələrin sağalma şansı arasında birbaşa əlaqə vardır. Əksər hallarda şişin tam çıxarılması mümkün olsa da, bəzən şişin beyinə sirayət edən qisimlərini çıxarmaq mümkün olmur. Bu xəstələrdə əməliyyat sonrası şişin pato-histoloji rəyinə görə ya şüa terapiyası, ya da kimyəvi terapiya tədbiq edilir.

Şüa terapiyası və kimyəvi terapiyanın əsas məqsədi şiş hüceyrələrini zədələyərək, onların böyüməsinin və çoxalmasının qarşısını almaqdır. İstər cərrahi əməliyyat qərarı, istərsə də əməliyyat sonrası şüa və kimyəvi terapiya qərarının alınması hər bir xəstənin ümumi vəziyyəti və şişin xarakterindən asılı olaraq dəyişir. Buna görə də müalicə taktikası seçilərkən hər bir xəstəyə fərdi yanaşılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Руслан Юнусов,Эксперт

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса