Жаля  Караева hekimtap.az

Жаля Караева

Невролог

14 лет опыта работы

Баку
Uşaqlarda yeriş patologiyaları
 hekimtap.az

Uşaqlarda yeriş patologiyaları

Автор: Nevroloq Jalə Qarayeva
6274

Опубликовано: 24.08.2018
Жаля Караева

Uşaqlarda yeriş patologiyası nədir?

Yeriş patologiyası dedikdə, müxtəlif səbəblərdən uşağın yerimə qabiliyyətinin pozulması başa düşülür. Normada uşaqlar 9 ayından – 17 ayınadək yeriyirlər.

Uşaqlarda yeriş patologiyalarının yaranma səbəbləri nədir?

Yeriməzdən əvvəl biz yerə dabanımızı, daha sonra bütün pəncəmizi qoyuruq. Sübut olunub ki, yeriş tsiklinin 60% dayağın, 40% isə addımın payına düşür.

Yuxarıda qeyd olunan iki fazanın bir-birini harmonik əvəzləməsi – düzgün yerişin vacib şərtləridir.

Yerişin  normal motor fəaliyyəti xüsusiyyəti alması üçün  aşağıdakı şərtlər zəruridir:

  • Hər iki ayaq normal anatomik quruluşa malik olmalıdır;
  • Onların əzələləri pozuntusuz işləməlidir, bu isə onların tonusu və sinir sisteminin vəziyyətindən asılıdır;
  • Oynaq kontrakturasının (ağırhərəkətlilik) olmaması;
  • Əzələ və mərkəzi beyin arasında sinir-hərəki əlaqənin qaydasında olması.

Əgər bu şərtlərdən hər hansı biri pozularsa, yeriş düzgün olmayacaqdır.

Uşaqlard axsamanın səbəbləri aşağıdakılardır:

Aşağı ətrafların travmaları:

  • -sınıq;
  • çat;
  • burxulma.

Ətrafların anadangəlmə patologiyaları:

  • “At pəncəsi”;
  • Çanaq sümüyü çıxığı.

İltihabi xəstəliklərlər:

  • Sümüklərin (oynaqların) bakterioloji iltihabı;
  • Ətrafların dəri iltihabı.

Autoimmun xəstəliklər:

  • Sümüyün aseptik nekrozu – Pertes xəstəliyi;
  • Sümük şişləri;
  • Pereferik sinir xəstəlikləri;
  • Ətrafların qısalığı;
  • Parez və ifliclər.

Qarın və qasıq xəstəlikləri:

  • Qasıq yırtığı;
  • Appendiks iltihabı.

Uşaqlarda yeriş patologiyalarının əlamətləri hansılardır?

Axsaqlıq dərhal gözə çarpan simptomdur. Axsaq gediş axıcılıq və simmetriyasını itirir, addım qısa və əyilmiş olur, sağlam ayaq bədənin ağırlığını üzərinə götürərək, xəstə ayağı yüngülləşdirir. Bəzən axsama elə güclü olur ki, gedişin ardıcıllığı pozulur. Bu zaman sağlam ayaq daim aparıcı, xəstə ayaq isə ona dayaq rolunda çıxış edir. Gəzinti, evdə və ya havada hərəkətli oyunlar zamanı yerişdə olan problemlər dərhal nəzərə çarpır. Bu, uşağın davranışından da hiss olunur – mimikanın dəyişməsi, narahatlıq, ağlamaq, aşağı ətraf hərətlərinin ləngiməsi və məhdudlaşması müşahidə edilir. 

Uşaqlarda yeriş patologiyalarının diaqnostikası

Həkim əvvəlcə yerişi uşağın spontan davranışı zamanı vizual olaraq müayinə edir. O, uşağın qamətini, icra olunan hərəkətlərin sərbəstlik və simmetriyasını, ayaqların yerdəyişməsini və bütün bədənin koordinasiyasını dəyərləndirir.  Daha təfsilatlı informasiya almaq üçün o, uşaqdan pilləkənə qalxmağı və ya uzanıb və qalxmağı tələb edə bilər. Yuxarı yaşlı uşaqlar barmaqlarının uclarında, dabanlarında, pəncələrinin kənarında yerimək bacarıqlarını göstərirlər.  

Uşaqlarda yeriş patologiyalarının müalicəsi

Əgər uşaqlarda yeriş pozuntusu varsa və ya 18 aylıqkən yerimirsə, əvvəlcə buna səbəb olan xəstəliklər araşdırılmalı, məhz bundan sonra müvafiq müalicə metodu tətbiq edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Жаля Караева

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса