Enurez tipli sidik ifrazı aktının pozontusu insanlara hələ qədim zamanlardan məlumdur. Bunun haqqında mlumata eramızdan əvvəl 1550-ci ilə təsadüf edən Misir papiruslarında rast gəlinir. “Enurez” termini (yunan dilindən “sidiyə getmə” mənasını verir) sidiyin saxlanmaması deməkdir.
Gecə enurezi müəyyən yaş həddində – yəni sidiyə getmənin kontrola alınma dövründə sidiyin saxlanılmamasına deyilir. Hazırki dövrdə bu meyar 6 yaş müəyyən edilib.
Oğlanlar qızlara nisbətən gecə enurezindən iki dəfə çox əziyyət çəkirlər. Ümumiyyətlə, hesab olunur ki, enurez xəstəlik yox, fizioloji prosesə nəzarət mərhələsidir.
Enurezin müxtəlif aspektləri ilə ayrı-ayrı ixtisas həkimləri – uşaq nevroloqları, pediatrlar, homeopatlar, psixiatrlar, endokrinoloqlar, nefroloqlar, uroloqlar, fizioterapevtlər və s. məşğul olurlar. Gecə enurezini probleminin həllində bu qədər mütəxəssisin iştirak etməsi problemin mənbəyinin müxtəlifliyindən xəbər verir.
Əgər 4 yaşından böyük uşaq 21 gündə yerini bir dəfədən çox isladarsa, bu, artıq həkimə müraciət üçün səbədir.
6-10 yaşından yuxarı uşaqlar enurezdən əziyyət çəkirlərsə, onlar uroloji müayinədən keçməlidirlər.
Bu məqsədlə:
Bu gün enurezin müalicəsi üçün 300-dən çox müalicə metodu mövcuddur. Buraya fizioterapiya, xüsusi pəhrizlər, autotreniniq və iynəbatırma kursları, dərman preparatları, hətta, hipnoz aiddir. Bütün bunlar həkim tərəfdən təyin edilməlidir.
Valideynlər üçün ümumi məsləhətlərə aşağıdakılar aiddir:
Dərman preparatları ilə müalicəni yalnız həkim təyin etməlidir.
Buraya aşağıdakılar aiddir:
Düzgün müalicə zamanı xəstələrin 30%-ində enurez tamailə sağalır. Digər uşaqlarda xəstəlik əlamətləri əhəmiyyətli dərəcədə aradan qalxır.
Enurezin müalicəsində psixoterapiyanın xüsusi rolu var. Burada onun bir çox üsullarından istifadə edilir.
Bir çox hallarda fitoterapiya – dərman otları vasitəsilə müalicə tətbiq olunur.
Ailə daxilndə münasibətlərin normallaşdırılması – emosional problemlərin həlli enurezin müalicəsinə müsbət təsir göstərir.
Unutmayın ki, uşaqda enurez probleminə məsuliyyətlə yanaşmaq lazımdır. Əks halda, yarımçıq saxlanılmaış müalicə kursu xəstləyin bərpa olunması ilə nəticələnə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az