Алиосман  Кадимбейли hekimtap.az

Алиосман Кадимбейли

Нейрохирург

16 лет опыта работы

Баку
Karpal Tunel Sindromu olan xəstələrə tövsiyyələr
 hekimtap.az

Karpal Tunel Sindromu olan xəstələrə tövsiyyələr

Автор: Neyrocərrah Əliosman Qədimbəyli
1777

Опубликовано: 20.09.2019
Алиосман Кадимбейли

Karpal Tunel Sindromu olan xəstələrə tövsiyyələr

⦁    Uzun müddət bilgisayar çalışmalarında ən az 1 saatdan bir qısa aralar verin

⦁    Klavyatura və mouse istifadə edərkən biləklərinizi uzun müddət bükülü tutmayın.



⦁    Mouse istifadə edərkən biləyinizi uzun müddət təzyiqə məruz qalacaq şəkildə masanın kənarına yaxinlaşdırmayın



⦁    Klavyaturada işləyərkən ən uyğun pozisiya budur.


 
Diqqət! Karpal tuneldən qorunmak üçün daima mouse istifadə etmək məcburiyyətində olan peşə ahibləri biləklərinin altına dəstək qoymalidirlar.
⦁    Əl biləyinin üzərinə bir başa təzyiq yarada biləcək hərəkətlət etməyin. (stol ,stul kimi sərt əşyalari daşiyarkən biləyə yaslanmak kimi)
⦁    Əl biləyinin aşağı ,yuxarı və sağa, sola doğru həddindən çox hərəkətlərindən uzaq olun.
⦁    Əl biləyinin sıxacaq paltar, saat, bilərzik və biləkliklər istifadə etməyin.
⦁    Əlləriniz şişdiyi zaman, ovuç içindən biləyə doğru masaj edərək şişliği azaldın.
⦁    Yumruq sıxma tələb edən işlər zamanı əzələ gərginliyinin şiddətini azaldın. (Örnək: bəzi insanlar yazi yazarkən lazim oldugundan çox qələmi sıxırlar ,bəzən iynə tutma zamanı ) 

⦁    Vibrasiyaya səbəb olan alətlər istifadə etməyin.
⦁    Rahatlamaq və gərilimi azaltmaq üçün əl və əl biləklərinizi tez tez sallayıb idman edin.
⦁    Dirsəyinizi və ya əllərinizi yoracaq şəkildə tez tez ağır yük qaldırmayın.
⦁    Əlinizlə çox ağır yük daşımayın.
⦁    Bağ, oynaq və əzələləri güclü tutmaq üçün ardicil olarak idman edin.
⦁    Uzun müddət hərəkətsiz qalmaq bəzi toxumaların dəyişikliyə uğramasına səbəb olaraq sinirləri
sıxışdıra bilər. Bu səbəblə hərəkətli bir həyat tərzi seçin. Sinirin kanaldan keçdiyi yerdə mövcud olan yağlar, zamanla kirəclənmə ilə sinirlərdə təzyiq yaradabildiyi üçün ideal kiloqramda qalmağa cəhd edin.
⦁    Evdar xanimlar paltar yuyub əllə sıxma, xəmir yoğurma, ağır daşıma kimi biləyə güc salan və travma yaratan işlərdən uzaq durulmalıdır.


Neyrocərrah Əliosman Qədimbəyli
Əlaqə telefonu: (055) 296 6668


Алиосман Кадимбейли

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса