Айнур  Хашимова hekimtap.az

Айнур Хашимова

Физиотерапевт

13 лет опыта работы

Баку
Raxit xəstəliyi və müalicəsi
 hekimtap.az

Raxit xəstəliyi və müalicəsi

Автор: Fizioterapevt Aynurə Haşımova
32416

Опубликовано: 30.05.2018
Айнур Хашимова

Raxit nədir?

Raxit – vitamin D çatmazlığı ilə əlaqədar yaranan xəstəlik olub kiçik yaşlı uşaqlarda təsadüf edilir. Uşaqlarda intensiv boy uzanması zamanı vitamin D çatmazlığı pataloji olaraq sümük yaranma sistemində pozğunluqlar yaradır. 1650-cı ildə ingilis anatomu ortoped Qlisson tərəfindən öyrənilməyə başlayıb. O zamanlar ingilis xəstəliyi adlanırdı. 1802-ci ildə Mak Kollum tərəfindən vitamin D kəşf olunduqdan sonra raxit xəstəliyi adlandırılıb. Normal uşağın vitamin D tələbatı 400-1000 b.v, yarımçıq doğulmuşlarda 800-2000 b.v, süni qidalananlarda 1000 b.v-dir

Raxitin səbəbləri

Yaranma səbəblərinə görə iki qrupa bölünür:
1. Alimentar
2. Günəş şüası defisitilə bağlı (B zona UBŞ şüalar)

Alimentar amillər – qidalanma pozğunluqları, disbakteriozlar, mədə-bağırsaqda sorulma funksiyalarının pozulmaları.

Günəş şüası defisitilə bağlı amillər – UBŞ şüasının az qəbul edilməsi. Ekoloji faktorlarla əlaqədar uşaqlarda qaraciyər və böyrəklərdə vitamin D fəal metobolitlərinin sintezinin az olması ferment çatmazlığı əsas rol oynayır. Bundan başqa yarımçıq doğulmuş uşaqlar, az hərəkətli uşaqlar, ana bətnində plasentar çatmazlıqlar, qıcolma əleyhinə preparatların qəbulu raxit xəstəliyinə səbəb ola bilər.

Raxitin təsnifatı

Dövrləri – başlanğıc, kəskinləşmiş, sağalma, qalıq əlamətləri

Ağırlıq dərəcəsinə görə – yüngül ,orta-ağır, ağır

Gedişinə görə – kəskin, yarımkəskin, residivləşən

Variantları: kalsipenik, fosfopenik, Ca və P dəyişməsi ilə gedən

Raxitin simptomları

Başlanğıc dövr – Uşağın 2-6-cı aylarına təsadüf edir. Uşaq oyanıq, yuxusu səthi olur, əvvəl ancaq qidalanma və yuxuya gedən zaman daha sonra davamlı tərləmə, ənsə nahiyyəsində tüklərin  tökülməsi, əmgək kənarları yumşalır, kəllə tikişləri daha da yumşaq olur. Bu dövrdə müalicə olunmadıqda xəstəlik kəskinləşmə dövrünə keçir.

Kəskinləşmə dövrünün əlamətləri – uşaq süstləşir, fiziki və psixomator inkişafdan geri qalır, tez -tez tərləyir, çox yorulur. Kəllə sümüklərinin deformasiyasi yaranır – böyük əmgək kənarları boşalır, kiçik əmgəklərdə kəmərvarı sahələr əmələ gəlir, ənsə sümüyü bir tərəfli yastılaşır (karniotabia), alın və gicgah kvadrat formasında böyüyür (kvadrat kəllə, alim alnı), dişlər gec çıxır, çənədə qüsurlar yaranır, dişlərdə karies, üst damaq hündürləşir, burunda çökmə, döş qəfəsinin içəri batması – çəkməçi döş, bayıra qabarması – toyuq döş qəfəsi, raxitik təsbehlər, raxitik donqarlıq, kifoz, skolioz, ətraflarda deformasiya, borulu sümüklərdə yumuşalma əzələ tonusunun azalması nəticəsində – O vari (genuvarum) və X vari (valgum) deformasiyalar əmələ gəlir. Bir qayda olaraq belə uşaqlarda yastipəncəlilik olur, qarın əzələsinin boşalması nəticəsində qurbağa qarni əmələ gəlir. Raxit xəstəliyinin qalıq əlamərləri kimi sümüklərin deformadiyası, qaraciyər və dalağın böyüməsi, anemiya hallarının davam etməsini qeyd etmək olar.

Raxitin diaqnozu

Raxit xəstəliyi vizual olaraq və laborator müayinələrə əsasən qoyulur. Labarator olaraq xəstə ümumi qan analizi və vitamin D-nin yoxlanılmasına göndərilir.

Raxitin müalicəsi

Kompleks şəkildə və uzun müddətli olur. Usağın qidalanmasına nəzarət edilir və vitamin D preparatı təyin olunur, xəstəliyi tam bərpa etmək üçün mütləq fizioterapevtik müalicələr aparılmalıdır. Fizioterapevtik olaraq

Vitamin stimulə edici metodlardan – orta dalğalı UBŞ şüalar, CaCl elekroforezi – Vermel metodulə

Miorelaksəedici – müalicəvi massaj, prozerin elektroforezi, parafin, ozokerit aplikasiyalar, NaCl vannalar

Psixostimuləedici – təbii günəş şüalarının qəbulu, təmiz hava qəbulu, şam ekstraktlı vannalar

İmmunstimuləedici metodlardan – immunomodulyatorlarla inhalyasiyalar, dərman elektroforezi, qanın lazerlə şüalanması

Raxitin profilaktikası

Aparılma müddətinə görə postnatal, antinatal, spesifik və qeyri-spesifik olur. Antinatal və postnatal fizioprofilaktikaya orta dalğalı UBŞ-ın suberitem dozada kurslarla təyin olunması aiddir. Əlavə olaraq uşağın 1,5-2 ayından etibarən massaj və müalicəvi idman təyin olunur. Hava vannaları ətraf temperatur 23-25 dərəcə olmalıdır və aeroterapiya. Qeyri-pesifik olarq uşağa düzgün qulluq və qida rejimi təyin olunmalıdır.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Айнур Хашимова

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса