Айтен Бабаханова hekimtap.az

Айтен Бабаханова,Врач высшей категории, PhD

Эндокринолог

Врач высшей категории, Доктор философии в области медицины

13 лет опыта работы

Баку
Uşaqlarda boy qısalığı
 hekimtap.az

Uşaqlarda boy qısalığı

Автор: Tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli endokrinoloq Aytən Babaxanova
20720

Опубликовано: 13.04.2018
Айтен Бабаханова

Boy pozuntusu nədir və onun yaranma səbəbləri

Hündürboy uşaqların əksəriyyətinin valideynlərinin də boyu ucadır. Çox zaman bu, genetik faktorla səciyyələnir. Bəzən isə səbəb nadir patologiyalardan biri – Marfan xəstəliyidir. Bu zaman ayaq və əllərin barmaqları çox uzun olur, ürəkdə və göz almacıqlarının quruluşunda qüsur müşahidə edilir.

Boy hormonunun həddindən artıq ifrazına az hallarda rast gəlinir. Erkən cinsi yetişkənliyə məruz qalan uşaqlar həmyaşıdlarından uca, yaşlaşdıqda isə orta boydan aşağı olurlar. Bu, ona görə baş verir ki, cinsi hormonlar sümük böyüməsinin stimullaşdırır, eyni zamanda boy zonalarının bağlanması baş verir ki, bu da sümüklərin gələcək inkişafına mane olur.   

Cinsi inkişaf dövrünün başlanması boy artımını sürətləndirə və ya ləngidə bilər. Uca boy adətən problem yaratmır, lakin uşaqlar bəzən özlərinə diqqət çəkdikdə diskomfort yaşayırlar. Ona görə də valideynlər övladlarına uca boyun üstünlüklərini səbrlə başa salmalı, ehtiyac yaranarsa, psixoloqa müraciət etməlidirlər. Uşağın boyu narahatçılıq yaradırsa, həkim-endokrinoloqla məsləhətləşmək lazımdır.

Uşağın boy artımını ləngidən xəstəliklər

Övladlarının qısa boylu olması bir çox valideynləri narahat edir. Çox vaxt boyun qısalığı uca boyda olduğu kimi genetik səbəblərdən irəli gələ bilər. Lakin elə xəstəliklər var ki, boyun artmasına mane olur. Ona görə qısaboylu uşaqlar mütləq endokrinoloq tərəfindən müayinə edilməlidirlər.     

Az çəki və ya normadan aşağı boyla doğulan, yaxud da bətndaxili inkişafı yubanan uşaqlar ömürlərinin sonunadək qısa boylu qala bilərlər. Xromosom xəstəlikləri, məsələn Daun sindromlu uşaqlarda da boy defisiti müşahidə edilir. Lakin Terner sindromlu qızlar hormonal müalicə sayəsində orta boylu ola bilərlər.

Qısa boyun səbəbləri:

 – Genentik və konstitusion faktorlar;
 – Doğuş zamanı çəki və ya boy azlığı;
 – Emosional faktorlar;
 – Xromosom anomaliyaları;
 – Daxili orqanların funksional pozuntusu;
 – Bağırsaqlarda sovrulma pozuntusu;
 – Hormonal pozuntu.

Son zamanlar endokrin xəstəliklərdən danışarkən daha çox şəkərli diabet və ya zob xəstəlikləri vurğulanır. Lakin boy problemi əhəmiyyətinə görə digər endokrin problemlərdən heç də geri qalmır. Ümumiyyətlə, bizim əcdadlarımız hündürboy, cüssəli olublar, lakin son 50 ilə nəzər salsaq, bir millət kimi boyumuzun qısalmasının şahidi olarıq. Bunun səbəbləri hələ ki, müzakirə mövzusudur.

Əgər boyun uca olmasını arzulayırıqsa, bu zaman endokrinoloqun vaxtında müdaxiləsinə ehtiyac var. Boy uzanması epifizdəki sümükləşmə nöqtələrindən asılıdır. Yəni sümükləşmə nöqtəsi nə qədər açıq olsa, boyu bir o qədər də uzatmaq mümkündür.

Sümükləşmə nöqtələrinin bağlanması qızlarda təxminən 17, oğlanlarda isə 18 yaşına təsadüf edir və gənclərin bu qeyd olunan perioddan gec müraciət etməsi endokrinoloqların işini çətinləşdirir. Ona görə də artıq uşaq anadan olan gündən onun boyu nəzarət altında olmalıdır. Burada bir fərdilik də var – ola bilsin ki, 20-21 yaşlarında da boy artımı müşahidə edilsin.

Uşaqların boyatma normaları

Əvvəlcə uşağın boyunun yaşıdları ilə müaqayisəsi aparılmalıdır.

Ikinci əlamət - əgər uşaq 3 il ərzində eyni ölçülü paltar geyinirsə, bu da boy probleminə dəlalət edir.

Ümumiyyətlə, uşağın böyüməsi normalda bu cür baş verməlidir: uşaq 1 yaşadək 25 sm, 1-2 yaş arası 12-14 sm, 2-4 yaşında 6-8 sm, 4 yaşından yetkinlik yaşına kimi 5-6 sm boy atmalıdır. Yetkinlik yaşına çatanda böyümə artır, yəni qızlar 11 yaşdan sonra 7-8 sm, oğlanlar isə 12 yaşından sonra 11-13 sm boy ata bilərlər. Bu proses mütəxəssisin nəzarəti altına alınır və ehtiyac yaranrsa, müdaxilə olunur.

Valideynlər yuxarıda göstərilən üsul və rəqəmlərə mütləq nəzarət etməli, problem yaranarsa mütləq mütəxəssisə müraciət olunmalıdır.

Uşağın boy pozuntusunun müalicəsi

Uşağın boyunu qiymətləndirmək üçün xüsusi şkalalar mövcuddur. Buraya Sentil şkalasını aid etmək olar. Mütəxəssis oradakı cədvəllər vasitəsilə uşağın boyunun normal olub-olmadığını müəyyənləşdirir. Problemli uşaqlar endokrinoloqun nəzarəti altına alınır. Həkim 4 yaşından etibarən lazımi müdaxilələr edir.

Məsələn, xüsusi boy hormonları var ki, onun vasitəsilə uşağın boy artımındakı problemləri həll etmək mümkündür. Bu hormon axşam saatlarında vurulur. Çünkü boy hormonun ifrazı məhz axşam saatlarına təsadüf edir. Beləliklə, mütəxəssis hədəf boya, hətta valideynlərin boylarından belə hündür boya nail ola bilir.

Bundan başqa müxtəlif fiziki məşqlər və düzgün qidalanma təyin edilir.

Hədəf boyunu hesablamaq üçün xüsusi düstur var. Oğlan uşaqları üçün hədəf boy belə hesablanır: (atanın boyu (sm)+ananın boyu (sm)+13)/2±6-7 sm, qızlar üçün isə hesablama belə aparılır: (atanın boyu (sm)+ananın boyu (sm)-13)/2±6 sm.


Mövzu ilə bağlı videolar:

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 


Айтен Бабаханова,Врач высшей категории, PhD

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса