Сабина  Пашаева hekimtap.az

Сабина Пашаева

Эндокринолог

15 лет опыта работы

Баку
Endokrin sonsuzluğun müalicəsi
 hekimtap.az

Endokrin sonsuzluğun müalicəsi

Автор: Endokrinoloq Səbinə Paşayeva , Əlaqə: 050 358-17-87
2592

Опубликовано: 16.06.2020
Сабина Пашаева

Sonsuzluq nədir?

 Dünya Səhiyyə Təşkilatının verdiyi tərifə görə, heç bir kontraseptiv vasitədən istifadə etməyən seksual aktiv cütlük bir il ərzində hamiləlik əldə edə bilmirsə, buna sonsuzluq deyilir. Sonsuzluğun yaranma səbəbləri müxtəlifdir. Buraya hər iki tərəfin cinsiyyət sistemində yaranan problemləri, psixogen və yaş faktorlarını, eləcə də endokrin sistemdə yaranan patologiyaları misal göstərmək olar. Bu məqalədə söhbət endokrin mənşəli sonsuzluqdan gedəcək. 

 
Qadınlarda endokrin sonsuzluq

Qadın hormonal pozuntular fonunda hamilə qala bilmirsə, buna endokrin sonsuzluq deyirlər. Səbəblər müxtəlif ola bilər - qalxanabənzər, hipofiz, böyrəküstü vəzilərdə, həmçinin yumurtalıqda patologiyalar və s. Demək olar ki, bütün hallarda endokrin sonsuzluq qeyri-müntəzəm ovulyasiyanın nəticəsi kimi ortaya çıxır. Əksər hallarda, mütəxəssisə vaxtında müraciət olunarsa, endokrinoloji xəstəlik hormonal terapiya vasitəsilə aradan qalxır və qadın təbii üsulla hamilə qala bilir.    

 
Qadınlarda endokrin sonsuzluğun yaranma səbəbləri

Sonsuzluğa gətirib çıxaran hormonal pozuntuların yaranmasına bir çox faktorlar təkan verə bilər:

- Yumurtalıq funksiyalarının pozulması

Onların içərisində ən geniş yayılmışı - yumurtalıqların polikistozu nəticəsində yaranan lütein fazasının çatışmazlığı və hiperandrogeniyadır. Lütein fazasının çatışmazlığı zamanı yumurta hüceyrənin çıxışından sonra yumurtalığın follikulunda əmələ gələn sarı cisim kifayət qədər cinsi hormon (estrogen və progesteron) ifraz etmir.

Tez-tez rast gəlinən daha bir problem - sarı cismin follikul üzərində yumurta hüceyrənin çıxmasından əvvəl əmələ gəlməsidir. Belə olan halda, yumurtalıqlar kişi hormonu olan androgeni normadan artıq ifraz edir. Buna isə səbəb - polikistozdur. Bir qayda olaraq, androgen səviyyəsinin yüksəlməsi böyrəküstü vəzilərdə patologiyaların olmasından da xəbər verir;

- Qalxanabənzər vəzi xəstəlikləri

Menstrual tsiklin pozulması çox vaxt hipotireozun nəticəsi kimi də ortaya çıxır. Hipotireoz zamanı qalxanabənzər vəzi hormonlarının səviyyəsi aşağı düşür. Xəstəlik özünü təkcə tsiklin pozulması kimi büruzə vermir. Bundan başqa, qadının çəkisində oynamalar müşahidə edilir, iştaha pozulur, səhərlər ödemlər müşahidə olunur.  Hipotireoz, adətən, qidada yod çatışmazlığı səbəbindən yaranır və yod tərkibli preparatlar vasitəsilə aradan qalxır. 

- Hipotalamo-hipofizar diskfunksiya

Hipofiz hormonları və prolaktin ifrazının infeksion xəstəlikləri, baş-beyin travmaları və s. səbəblərdən azalması;

 - Genetik xəstəliklər;

 - Erkən menopauza;

- Stress və depressiv vəziyyətlər.

 Endokrin sonsuzluğun müalicəsinə bunun dəqiq səbəbləri müəyyənləşdirildikdən sonra başlanır. Əksər hallarda medikamentoz müalicə kifayət etsə də, bəzən cərrahi müdaxiləyə (yumurtalıqların polikistozu) ehtiyac yaranır. Sonsuzluğa səbəb lütein fazasının çatışmazlığı olarsa, əvəzləyici hormonal terapiya aparılır, problem follikulun yetişməməsi ilə əlaqədar olduqda isə ovulyasiyanın hormonal stimulyasiyası tətbiq edilir. 

Çox vaxt düzgün diaqnostika və müalicə zamanı həkimlər ovulyasiyanı bərpa edirlər, bu isə təbii üsulla və ya ekstrakorporal mayalanma vasitəsilə hamilə qalmağa şərait yaradır. 

 
Kişilərdə endokrin sonsuzluq

 Kişilərdə endokrin pozuntular həm anadangəlmə, həm də qazanılmış ola bilər. Kişi cinsiyyət sisteminin ana bətnində düzgün inkişaf etməməsi hormonal disfunksiyalara gətirib çıxara bilir. Endokrin sonsuzluğa, həmçinin cinsi inkişaf pozuntuları, travmalar və bəzi xaya xəstəlikləri də təkan verə bilər.  

Kişi cinsiyyət hormonların azalması vəziyyəti - hipoqonadizm adlanır. Hipoqonadizm xayaların irsi və qazanılmış anomaliyaları nəticəsində yaranır. Bu cür vəziyyət, eləcə də bəzi infeksion xəstəliklər, məsələn, parotit, tulyaremiya, brüsellyoz səbəbdən ortaya çıxa bilər. Hipoqonadizmə xas olan xüsusiyyətlər:

- ikincili cinsi əlamətlərin  dəyişilməsi;

- psixi pozuntular;

- stenokardiya tutmaları; 

- vegetativ-damar pozuntuları;

- başağrılar və s. 

 
Kişilərdə endokrin sonsuzluğun digər səbəbləri:

 - hiperprolaktinemiya - qanda prolaktin hormonunun artıqlığı;

- hiperestrogeniya - qadın cinsiyyət hormonlarının artması;

- himotalamus və/və ya hipofizin anadangəlmə və qazanılmış zədələnmələri;

- prostat vəzisi xəstəlikləri;

- şəkərli diabet.


Kişilərdə demək olar ki, bütün endokrinoloji sonsuzluq növləri uğurla müalicə olunur. 

Təəssüf ki, hələ də sonsuzluq problemini konservativ düşüncələr səbəbindən həkimlə müzakirə etməyə çəkinən cütlüklər var. Tövsiyə edərdim ki, onlar bu problemə yanaşmalarını əsaslı surətdə dəyişsinlər. Kim bilir, bəlkə də onlara valideyn olmağa mane olan səbəb - kiçik bir endokrinoloji patologiyadır?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Сабина Пашаева

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса