Elçin  Abbasov hekimtap.az

Elçin Abbasov

Терапевт

22 лет опыта работы

Баку
Xora xəstəliyi hekimtap.az

Xora xəstəliyi

Автор: Terapevt Elçin Abbasov
4007

Опубликовано: 13.10.2019
Elçin Abbasov

Xora xəstəliyi nədir?

Mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi — bütün orqanizmin xronik xəstəliyi olub, mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında yara deffektinin əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstəlik dövri gedişli olub, müxtəlif müddətli kəskinləşmə (residiv) və remissiyalarla keçir. Xora xəstəliyi geniş yayılmış xəstəliklərdəndir. Bu xəstəliyə kişilər qadınlara nisbətən 3—10 dəfə çox tutulur.

Xora xəstəliyinin səbəbləri:

Xora xəstəliyinin yaranmasında ümumi sinir və hormonal tənzimləyici mexanizmlərdəki pozğunluqlara, həmçinin mədənin özündə baş verən dəyişikliklərə (turşuluğun artması, selik ifrazının azalması) böyük əhəmiyyət verilir. Xora xəstəliyinə tutulanlarda mədə şirəsinin miqdarı və turşuluğu çoxalır, mədə şirəsini tənzimləyən azan sinirin tonusu artır. Xora xəstəliyi irsi xüsusiyyətlərdən, qidalanma rejiminin pozulmasından, kəskin qidaların, spirtli içkilərin, tütün məmulatlarının mütəmadi qəbulundan və sinir-psixi gərginlikdən də baş verə bilər. Etioloji amillərin sırasına təkrar olunan və davamlı mənfi emossiyalar, sinir-hormonal nizamlanma və qidalanma rejıminin pozulması, kobud və keyfiyyətsiz qidaların qəbulu, yerli müqavimət vasitələrinin zəifləməsi, selikli qişanın infeksion mənşəli xronik iltihabı da daxildir.

Xora xəstəliyinin simptomları:

xora qüsuru mədədə və ya onikibarmaq bağırsaqda yerləşməsindən asılı olaraq mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi ayırd edilir. Xora deffekti bir neçə mm-dən 10-12 mm-ə qədər böyüklükdə dairəvi formada olur. Mədənin xora xəstəliyində qabırğaaltı nahiyədə ağrılar (ağrı, adətən yemək yeyəndə və ya yeməkdən 10—15 dəq sonra) başlayır. Çox yedikdə, habelə qıcıqlandırıçı yeməklər ağrının kəskinləşməsinə səbəb olur. Onikibarmaq bağırsağın xora xəstəliyində isə ağrı yemək yedikdən 1—2 saat sonra başlayır, yemək qəbulu ağrını azaldır. Çox vaxt ağrılar gecə başlayır. Xəstəliyin əsas əlamətlərindən biri mədə qıcqırmasıdır. Xəstəliyin kəskinləşməsi zamanı gəyirmə, ürəkbulanma, qusma halları da olur. Xəstələr bəzən ağız suyunun artmasından, qəbizlikdən də şikayətlənirlər. Xəstəlik çox vaxt yaz və payız fəsillərində kəskinləşir.Xəstəliyin gedişində bəzi ağırlaşmalara təsadüf edilə bilər: qanaxma, xoranın qonşu orqanlara penetrasiyası (keçməsi), xoranın sərbəst qarın boşluğuna perforasiyası (deşilməsi), mədə çıxacının daralması (stenoz), xoranın xərçəngə çevrilməsi (təsadüflərin 7%-də) və s. Mədə və ya onikibarmağ bağırsağın xorasının deşilməsində qarında şiddətli ağrı olur, xəstəni soyuq tər basır, rəngi avazıyır, qan təzyiqi aşağı düşür. Xora xəstəliyi, zamanı qanaxma olduqda nəcisin rəngi qaralır, qanqusma halları baş verə bilər. Bu zaman xəstə ümumi zəiflikdən, ətraflarının soyumasından şikayətlənir, nəbzi sürətlənir, qan təzyiqi aşağı düşür. 

Xora xəstəliyinin diaqnostikası:

Düzgün diaqnoz qoymaq üçün qastroskopiyadan və rentgen müayinəsindən istifadə edilir.

Mədə və 12 barmaq bağırsaq xorasının müalicəsi:

Xoranın yerləşmə yerindən, ölçüsündən, mərhələsindən və fəsadlarının olub-olmamasından asılıdır. Ağırlaşmaları və fəsadları olmayan xora zamanı pəhriz saxlamaq, mədə turşuluğunu artıran qidaları (ədviyyatlı və qıcıqlandırıcı qidalar, konservlər, tomat, spirtli içkilər və s.) qida rasionundan çıxarmaq lazımdır. Mədə turşuluğunu neytrallaşdıran, mədə sekresiyasını azaldan, spazmı aradan qaldıran, sinir sistemini sakitləşdirən, xoranın sağalmasını sürətləndirən, xoranın üzərində qoruyucu təbəqə əmələ gətirən preparatlardan istifadə olunur. Həmçinin müasir yanaşmada xora xəstəliyi zamanı yoluxması təqsiqləndiyi hallarda Helikobakter Piloriyə qarşı antibiotiklərlə müalicə (eradikasiya) mütləq sayılır. Xəstəliyin kəskin dövrü keçəndən sonra da müəyyən müddət pəhriz saxlamaq tələb olunur və xəstəyə sanatoriya-kurort müalicəsi tövsiyə oluna bilər. Xora xəstəliyinin qanaxma (qankəsici preparatlarla müalicəsi effektiv olmadığı hallarda) və deşilmə fəsadları zamanı təcili cərrahi müdaxilə tələb olunur. Xora xəstəliyinin çapıq deformasiyası nəticəsində stenoz (daralma) yaratdığı hallarda isə xəstə planlı şəkildə əməliyyat oluna bilər.

Xəstəliyin proqnozu:

Erkən, rasional və sistematik müalicə aparıldıqda, qida, iş və istirahət rejimi gözlənildikdə sanatoriya-kurort müalicəsindən istifadə edildikdə qənaətbəxş olur. Xəstəlik yaşlı və ahıl adamlarda tez-tez residivləşdikdə, fəsadlaşmış olduqda və maliqnizasiya baş verdikdə proqnoz ağırlaşır.
Qıcqırma, ürəkbulanma, qusma, mədə nahiyəsində olan və kürəyə vuran ağrılar, iştahanın artması, gecə yemək ehtiyacının yaranması, əsəbi hallar, həyəcan və gərginlik zamanı mədə ağrılarının artması, zərərli vərdişlərin olması kimi əlamətləri olan insanların qastroenteroloq konsultasiyasından keçməsi tövsiyyə olunur.


Elçin Abbasov

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса