Айтен Бабаханова hekimtap.az

Айтен Бабаханова,Врач высшей категории, PhD

Эндокринолог

Врач высшей категории, Доктор философии в области медицины

13 лет опыта работы

Баку
Prolaktinoma
 hekimtap.az

Prolaktinoma

Автор: Tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli endokrinoloq Aytən Babaxanova
6897

Опубликовано: 20.04.2018
Айтен Бабаханова

Prolaktinoma nədir?

Prolaktinoma qanda prolaktin hormonunun artması ilə müşahidə olunan simptomakomleksdir, buna hiperprolaktinemik sindrom da deyilir. Prolaktin hormonu beyindəki hipofiz vəzində yerləşir və bir çox funksiyaları yerinə yetirir. Bu sindroma, əsasən, 20-50 yaşlı qadınlarda, həmçinin, kişilərdə rast gəlinir, sonsuzluq səbəblərindən biri hesab olunur.

Prolaktinomanın əlamətləri

Prolaktinoma kişilərdə sonsuzluq, libidonun zəifləməsi, erektil disfunksiya kimi özünü göstərir. Bu simptomları müşahidə edən kişilər çox vaxt uroloqa və ya androloqa müraciət edirlər. Hansı ki, bu simptomların əsasında hiperprolaktinomik sindrom dayanır.

Nadir hallarda, hiperprolaktinomik sindrom zamanı kişilərdə ginekomastiya (süd vəzində böyümə), qalaktoreya (südə bənzər mayenin ifraz olunması) qeydə alınır.

Bundan başqa, kişilərdə baş ağrıları, görmədə problemlər, təzyiqin qalxması da müşahidə edilə bilər.

Qadınlarda hiperprolaktinomik sindrom müxtəlif disfunksiyalar, əsasən də menstrual tsiklin pozulması, depressiya, emosional ləbillik, piylənmə, tüklənmə, ətraflarda ödem, çəkinin düşməməsi, süd vəzi nahiyəsində ağrılar və qalaktoreya ilə özünü büruzə verir.

Prolaktinomanın diaqnostikası

Diaqnozun qoyulması qanda prolaktinin miqdarının müəyyənləşdirilməsi və hipofizin MRT-si ilə həyata keçirilir.

Prolaktinomanın müalicəsi

Prolaktinomanın müalicəsi adətən prolaktinin səviyyəsini aşağı salan medikamentoz terapiya ilə aparılır. Müalicə sxemi və preparat dozasını endokrinoloq müəyyənləşdirir.

Prolaktinomanın müalicəsində bu preparatlardan istifadə edilir: bromokriptin, levodop, siproqeptadin, kaberqolin. Bromokriptin qəbulu zamanı pasiyentlərin 85%-ində bir neçə həftə ərzində prolaktin konsentrasiyasının normaya düşməsi müşahidə olunur. Kaberqolinin üstünlüyü onun prolonq təsirli olmasıdır (həftəyə 1-2 qəbul kifayət edir), yan təsirləri bromokriptindən azdır.

Preparatların qəbulu fonunda prolaktinomanın ölçüləri və prolaktin sekresiyası azalır, görmə qabiliyyəti yaxşılaşır, kiçik mikroadenomalar birdəfəlik keçib gedə bilir. Bundan başqa, qadınlarda menstrual tsikl normallaşır, fertillik (hamilə qalmaq imkanları) bərpa olunur.

Kişilərdə testosteronun səviyyəsi qalxır, cinsi funksiyalar normallaşır, spermoqrammanın yaxşılaşması qeydə alınır. 

prolaktioma nədir və müalicəsi

Prolaktinomanın proqnoz və profilaktikası

Prolaktinomanın proqnostik göstəriciləri hormonal aktivlik və xəstəliyin kliniki gedişatı ilə səciyyələnir. Prolaktinomanın residivi və hiperprolaktinemiyanın bərpasına əməliyyatdansonrakı 5 illik periodda 20-50% pasiyentlərdə rast gəlinir. Makroprolaktinomalarda yaxşılaşma cəmi 10-30% hallarda qeydə alınır.

Prolaktinomanın medikamentoz terapiyası uzun müddətə hesablanıb. Mikroprolaktinomalar zamanı müalicəyə 2 ildə bir dəfə fasilə verilir. Bir çox pasiyentlərdə şiş bu müddət ərzində itir. Makroprolaktinoma hallarında isə çoxillik medikamentoz terapiya təyin edilir. Xəstə dispanser nəzarətə alınır, hər il kompüter tomoqrafiyası, oftalmoloqun müayinəsi aparılır. İldə iki dəfə prolaktinin qandakı səviyyəsi ölçülür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 


Айтен Бабаханова,Врач высшей категории, PhD

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса