Айтен Бабаханова hekimtap.az

Айтен Бабаханова,Врач высшей категории, PhD

Эндокринолог

Врач высшей категории, Доктор философии в области медицины

13 лет опыта работы

Баку
ŞƏKƏRLİ DİABET - QİDALANMAYA DAİR YANLIŞ STEREOTİPLƏR hekimtap.az

ŞƏKƏRLİ DİABET - QİDALANMAYA DAİR YANLIŞ STEREOTİPLƏR

Автор: Aytən Babaxanova
5572

Опубликовано: 18.03.2019
Айтен Бабаханова

Şəkərli diabet xəstələrin sayına görə ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Statistikaya görə, dünyada hər 7 saniyədə iki insana bu diaqnoz qoyulur. Planetimizin hər üç sakinindən birinin şəkərli diabetdən əziyyət çəkməsinə baxmayaraq, xəstəlik barədə stereotip yanaşmalar aktuallığını itirmir. Onlardan ən çox yayılmışlarını diqqətinizə çatdırırıq:

1. Normal və aşağı çəkili insanlar risk qrupuna daxil deyillər

İnsanlarda yanlış olaraq belə bir stereotip formalışıb ki, diabetdən, əsasən, artıq çəkili insanlar əziyyət çəkirlər.Doğrudur, 2-ci tip şəkərli diabetə, əsasən, artıq çəkili
insanlarda rast gəlinir. Lakin 1-ci tip şəkərli diabet xəstələrinin bəziləri normal, hətta normadan aşağı çəkili olurlar. Belə pasiyentlərə, məsələn, pankreatogen diabet
diaqnozu da qoyula bilər.
2. Şəkər fruktoza ilə əvəz olunarsa, hər şey yoluna düşər

Çoxları düşünür ki, şəkərli diabeti məhz şəkər yaradır. Ötən əsrdə mütəxəssislər şəkəri fruktoza ilə əvəz etməyi məsləhət görürdülər. Lakin bu gün artıq məlumdur ki, bu addım nəyin ki, xəstə, həmçinin sağlam insanlara ziyan verir.

3. Düzgün müalicə istənilən qidanı qəbul etməyə imkan verir

Bu, belə deyil. İstənilən halda şəkərli diabet xəstələri qidalarına fikir verməli, qlükozanın qanda miqdarını daim nəzarətdə saxlamalıdırlar. 

4. Diabet hamiləliyə əksgöstərişdir

Bu stereotip düşüncə şəkərli diabet yetərincə öyrənilməyən və pis kontrol edilən dövrlərə təsadüf edir. Elmin müasir tərəqqisi nəticəsində müəyyənləşdirilib ki, diabetdən əziyyət çəkən qadınlara nəyinki hamilə qalmaq qadağan edilmir, hətta özünə və körpəyə minimal risklə uşaq dünyaya gətirməyə imkann verir.

5. Şirniyyat və desertlərə əbədi “əlvida” demək lazımdır

1-ci və 2-ci tip şəkərli diabet xəstələri rasiolarında karbohidratların miqdarını kontrolda saxlamalıdırlar. Lakin qaydaları hərdən pozmaq olar. “American Diabetes
Association” belə yazır. 1-ci tip şəkərdən əziyyət çəkənlər desrt qəbul edtməzdən əvvəl növbəti insulin porsiyasını müvafiq olaraq vurmalıdırlar. 2-ci tip diabet xəstələri də qlükozanı nəzarətdə saxlamaq şərtilə ağızlarını şirin edə bilərlər.

Nəticə

Müəyyən qaydalara əməl etməklə, şəkərli diabet xəstələri həyat keyfiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərlər. Burada söhbət dadlı yeməklərdən imtina etməkdən yox, hər şeyi normada saxlamaqdan gedir.


Айтен Бабаханова,Врач высшей категории, PhD

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса