Гюнай Новрузова hekimtap.az

Гюнай Новрузова

Кардиолог

11 лет опыта работы

Баку
MİOKARDİT
 hekimtap.az

MİOKARDİT

Автор: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97
4272

Опубликовано: 30.04.2020
Гюнай Новрузова

Miokardit nədir

Miokardit – ürəyin əzələ qişasının ağır iltihabi xəstəliyidir, kardiomiositlərin nekrozu ilə nəticələnir. Xəstəliyin inkişafı 2 əsas mexanizmdən biri ilə təyin olunur:

  • infeksion və ya digər karditoksok agentin təsiri ilə kardiomiositlərin birbaşa zədələnməsi;
  • infeksion və ya digər kardiotoksik agentə qarşı baş vermiş autoimmun reaksiya ilə kardiomiositlərin zədələnməsi.

Miokardın iltihabı ocaqlı və ya diffuz ola bilər. İltihab perikard qişasına yayılarsa, mioperikardit əmələ gəlir.

Miokarditin səbəbləri

Miokarditi əmələ gətirən səbəblər infeksion və ya qeyri-infeksion ola bilər. Bir çox hallar idiopatik (naməlum səbəbli) olaraq qalır.

İnfeksion miokardit əsasən virus etiologiyalıdır. Əsas törədicilər parvovirus B19 və insanın herpes virusu (6-cı tip) hesab olunur. İnkişaf edən ölkələrdə xəstəliyin əmələ gəlməsi revmatik kardit, Şaqas xəstəliyi və ya HİV (QİÇS) ilə əlaqələndirilir. 

Qeyri-infeksion səbəblərə kardiotoksinlər, bəzi sistem pozğunluqlar və bəzi dərman maddələri (hiperhəssaslıq reaksiyasının törətdiyi miokardit) aiddir. 

Giqant hüceyrəli miokardit

Giqant hüceyrəli miokardit – miokarditin nadir forması olub, fulminant (ildırımsürətli, tez inkişaf edən) gedişi ilə xarakterizə olunur. Səbəbi məlum deyil, lakin autoimmun mexanizm inkar edilmir. Biopsiya zamanı xarakter çoxnüvəli giqant hüceyrələr müəyyən olunur. Bu xəstələr kardiogen şok vəziyyətində və ağır aritmiya formaları ilə stasionara daxil olurlar. 

Giqant hüceyrəli miokarditin proqnozu pisdir. Xəstəliyin bu formasını digər xəstəliyi olmayan, ildırımsürətli ürək çatışmazlığı və davamlı aritmiyaları olan xəstədə inkar etmək lazımdır, çünki immunosupressiv (immun sistemin aqressiv reaksiyasını azaldan) terapiya həyatda qalmanı artıra bilər.

Klinik əlamətlər

Miokarditin klinik əlamətləri müxtəlif ola bilər: minimal simptomlar və ya ildırımsürətli ürək çatmamazlığı və ölümlə nəticələnən aritmiyalar görülə bilər. Simptomlar miokarditin etiologiyasından, həmçinin, miokardın zədələnmə dərəcəsindən asılıdır.

Xəstələrdə yorğunluq, təngnəfəslik, ödem, döş qəfəsində ağrılar olur. İşemik ağrıdan fərqli olaraq, hərəkət, öskürək, tənəffüs və ya udma perikardit ağrısını gücləndirir. 

İnfeksion mənşəli miokarditdə bədən temperaturunun yüksəlməsi, əzələ ağrıları, dərman səbəbli miokarditdə dəridə səpgilər müşahidə olunur.

Miokardit gedişinə görə kəskin, yarımkəskin və xronik olur. Bəzi hallarda ürək boşluqlarının böyüməsi (dilatasion kardimiopatiya) ilə nəticələnir.

Miokarditin diaqnostikası

Elektrokardioqramma, exokardioqramma, qanın laborator analizi yoxlanmalıdır. “Qızıl standart“ metod endomiokardial biposiyadır (EMB), lakin mənfi nəticə xəstəliyi inkar etmir. EMB-nın riskli ağırlaşmaları var, miokardın yırtılması və ölüm baş verə bilər, bu səbəbdən rutin olaraq icra edilnmir, əsasən ildırımsürətli ürək çatmamazlığında yoxlanılır.

Digər müayinələr etioloji xarakter daşıyır: qanın biokimyəvi analizi və əkilməsi, autoimmun xəstəliyin təyini, HİV analizi, qrip, streptokokk və Koksaki viruslarına qarşı antitellərin təyini və s.

Miokarditin müalicəsi 

Müalicə əsasən 2 istiqamətdə aparılır:

  • ürək çatmamazlığı və aritmiyaların müalicəsi;
  • əsas xəstəliyin müalicəsi.

Sarkoidoz, dərman mənşəli və giqant hüceyrəli miokarditdə immunosupressiv terapiya aparılır.

Miokarditin proqnozu

Proqnoz ümumiyyətlə pisdir. Həkimə erkən müraciət etdikdə müalicə nəticə verə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Гюнай Новрузова

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса