Гюнель Халыгвердиева hekimtap.az

Гюнель Халыгвердиева

Офтальмолог

11 лет опыта работы

Баку
Miopiya hekimtap.az

Miopiya

Автор: Oftalmoloq Günel Halıqverdiyeva , Əlaqə: (+994) 55 349-66-44
2420

Опубликовано: 18.08.2020
Гюнель Халыгвердиева

Miopiya nədir?

Miopiya gözün eynək qüsurudur. Miopiya (yaxındangörmə xəstəliyi) zamanı gözlərimiz yaxını yaxşı görə bildiyi halda uzaq məsafədəki obyektləri görmədə çətinlik çəkir. Gözün optik şua sındırma gücü çox qüvvətli olduğundan baxılan əşyaların xəyalı torlu qişada deyil daha öndə alınır. Bu isə öz növbəsində uzağa baxarkən bulanıq görməyə səbəb olur.

Miopiyanın növləri

Qeyri patoloji və patoloji olmaqla 2 qrupa bölünür. Qeyri pataloji miopiyaya sadə və ya məktəbli miopiyası aiddir. Adətən uşaqlıq və ya yetkinlik dönəmində başlayır. Refraktiv (eynək) nömrələri -6 D-dan yüksək olmur. 20 yaş periodunda nömrə artımı stabilləşməyə doğru gedərək 30-lu yaşlarda artıq tamamən dayanmış olur. Patoloji miopiya isə daha erkən uşaqlıq dövründə başlayaraq daha sürətli şəkildə proqressivləşir. Refraktiv (eynək) nömrələri -6 D-dan yüksək, göz uzunluğu isə normadan daha uzun olur.

Miopiyanın yaranma səbəbləri

Bu xəstəliyin kökündə bir deyil bir çox səbələr dayanır. Ən önəmli faktorlardan biri də irsi meyllikdir. Xüsusilə də yüksək dərəcəli miopiyalı insanların hər birinin xromosomunda bu xəstəliyi daşıyan genlər aşkarlanmışdır. Buna baxmayaraq sadə və ya məktəbli miopiyasının genlərlə bağlılığı indiyədək sübuta yetirilməyib.

Bunlarla yanaşı bır sıra müxtəlif göz xəstəlikləri (Anadangəlmə qlaukoma, yenidoğulanların retinopatiyası, retinitis piqmentoza, katarakta, anadangəlmə stasionar gecə korluğu, keratokonus, aland göz xəstəliyi, gyrate atrofiyası, psevdomiopiya, albinizm) və orqanizmdə baş verən multisistem xəstəlikləri (stiklers sindromu, şəkərli diabet, marfan, üeil-marcezani, knoblok, ehler danlos)də miopiyanın yaranmasında rol oynayır.

Miopiyanın əlamətləri

Bəzi ilkin simptomları müşahidə etdikdə miopiya xəstəliyinin olmasından şübhələnmək lazımdır.

- Göz yorğunluğu

-Baş ağrısı

- Ətrafa baxarkən gözlərin tez-tez qıyılması.

- Uzaqdakı obyektləri zəif görmə (məktəbdə lövhəni, yol işarələrini). Televizor, telefon,planşet və ya kitaba daha yaxın məsafədən baxmaq.


Miopiyanım diaqnostikası

İlk növbədə refraktometriya olunaraq gözün eynək nömrələri cihaz vasitəsilə hesablanır. Daha sonra xüsusi cədvəllər əsasında görmə itiliyi yoxlanaraq görmə faizləri hesablanır və görməni bərpa etmək üçün müvafiq linzalarla gözə korreksiya verilir. Miopiya zamanı damlalı müayinənin edilməsi mühüm şərtdir. Belə ki, bu xəstəlik zamanı göz dibində yerləşən torlu qişada (sinir qatı) bəzi dəyişikliklər yarana bilər. Bunu vaxtında aşkarlamaqla gələcəkdə yarana biləcək torlu qişa qopmalarını önləyə bilərik.

Miopiyanın müalicəsi

Müalicəsində hər bir insanın həyat tərzi nəzərə alınaraq eynəklər , kontakt linzalar təyin olunur. Refraktiv cərrahiyyə üsullarından isə

  • LASIK,
  • Epi-LASIK,
  • PRK,
  • SMILE,
  • Refraktiv lens dəyişimi üsulları uğurla tətbiq olunaraq miopik eynək nömrələri sıfırlanır.

Ortokeratoloji linzalar vasitəsilə də yaranmış miopiyanı korreksiya etmək mümkündür. Bu linzalar digər linza növlərindən fərqli olaraq yalnız gecə yatarkən istifadə olunur. Növbəti günün səhəri isə gözdən çıxarılaraq gün boyunca linzasız və eynəksiz aydın görməyə səbəb olur.

Miopiya xəstəliyinin qarşısının alınmasında sübut olunmuş üsullardan biri də aşağı doz atropin istifadəsidir. Əsasən 5-18 yaşlı uşaqlara təyin olunur. Mütləq həkim təyinatı ilə düzgün qaydada istifadə olunmalıdır.


Miopiyanın profilaktikası

Xəstəliyin proqressivləşməsinin qarşısının alınması üçün açıq havada daha çox vaxt keçirmək, mümkün qədər qadjetlərdən (komputer, planşet, video oyunlar) uzaq durmaq lazımdır. Uşaqlar arasında aparılan araşdırmalara əsasən sübut olunmuşdur ki, qapalı məkanlarda və qadjetlərlə məşqul olanlarda miopiya xəstəliyinin yaranma riski daha yüksəkdir. Uşaqlarda yaranan həqiqi miopiya xəstəliyini geriyə döndərmək mümkün deyil. Lakin müalicə üsulları ilə xəstəliyin proqressivləşməsinin qarşısını almaq mümkündür. Bunun üçün rutin şəkildə davamlı göz kontrollarının aparılması vacibdir.


Miopiyanın fəsadları

Katarakta (mirvari suyu), qlaukoma (qara su), retinal qopma (torlu qişa qopması) kimi fəsadlara yol aça bilir.

 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Гюнель Халыгвердиева

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса