Гюнель Халыгвердиева hekimtap.az

Гюнель Халыгвердиева

Офтальмолог

11 лет опыта работы

Баку
Eksimer Laser Əməliyyatı hekimtap.az

Eksimer Laser Əməliyyatı

Автор: Oftalmoloq Günel Halıqverdiyeva , Əlaqə: (+994) 55 349-66-44
2608

Опубликовано: 07.09.2020
Гюнель Халыгвердиева

Eksimer Lazer nədir?

1980 ildən uğurla tətbiq olunan refraktiv cərrahiyyə metodudur. Amerika Birləşmiş ştatları FDA (Food Drugs Administration) tərəfindən tam şəkildə etibarlı və effektiv bir metod kimi təstiqini tapmışdır. Artıq milyonlarla insanlar məhz Eksimer lazer cərrahiyyəsi sayəsində yüksək görmə qabiliyyətinə qovuşmuşdur. Eksimer lazer cərrahiyyəsi gözün ən üst təbəqəsi olan buynuz qişada icra olunur. Lazer şuaları sayəsində buynuz qişanın qalınlığı azaldılaraq şua sındırma qabiliyyəti dəyişdirilir. Nəticədə baxılan cismlərin görüntüsü məhz gözün daxilində torlu qişaya düşdüyü üçün daha aydın və dəqiq alınır.

Eksimer Lazer-ləmüalicə olunan xəstəliklər:

  • Miopiya (yaxından görmə xəstəliyi) 
  • Hipermetropiya (uzaqdan görmə xəstəliyi)
  • Astiqmatizm  (həm yaxın, həm uzaq görmənin zəifliyi) 
  • Əməliyyat nə zaman və kimlərə tətbiq oluna bilər:
  • 18 yaş üzərində
  • Son 1 il ərzində eynək nömrələri dəyişməyən
  • Buynuz qişa, göz dibi (retina) və digər göz strukturları sağlam olan
  • Buynuz qışa qalınlığı normal olan hər kəs bu əməliyyatdan yararlana bilər.

Əməliyyat nə zaman olmaz

  • Qeyri-stabil eynək nömrələri
  • Çox yüksək dərəcəli miopiya , hipermetropiya və astiqmatizm zamanı
  • Kəskin dərəcəli quru göz sindromu
  • Çox incəlmiş buynuz qişa
  • Buynuz qişa xəstəlikləri
  • Keratokonus
  • Qlaukoma (qara su)
  • Katarakta (mirvari suyu)
  • Gözlərin infeksion xəstəlikləri
  • Şəkərli diabet (kontrolsuz)
  • Hamiləlik və südvermə dövründə

Göz parametrləri Eksimer Lazer Cərrahiyyəsinə uyğun olan hər kəs əməliyyat oluna bilər. Əməliyyat 10-15 dəqiqə ərzində icra olunur. Lazerin tətbiq sürəsi isə maksimum 40 saniyədir. Nəticədə yüksək görmə itiliyinə sahib olaraq, həyatı daha dolğun və aydın görən gözlərə sahib olursuz.

 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Гюнель Халыгвердиева

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса