Papilomotoz papilloma virusu nəticəsində əmələ gələn xəstəlikdir.İnsan papilloma virusu ən geniş yayılmış və cinsi yolla yoluxan virusdur.Papillomaların 70-ə yaxın növü var: ziyillər,iti uclu kandilomalar və s.Bu viruslar dəri örtüyünü və selikli qişanı zədələyir.Papilloma virusları dəriyə düşərsə ziyil, selikli qişaya(cinsi orqanlara,anusa) iti uclu kandilomalar əmələ gətirir.Həmçinin boyun və qoltuq altlarında,üz və goz qapaqlarında yaranir.
Papilloma nədir ?
Yastı epiteli toxumasından əmələ gəlir.Bir neçə mm-dən bir neçə sm-ə kimi böyüyür.Solğun ,boz bəzən açıq çəhrayı və ya piqmentli gövdə üzərindən törəmə kimi təyin edilir.
Papilloma necə əmələ gəlir ?
İmmuniteti zəif olan insanlarda yaranır.Papillomalar kontakt yolu ilə bir insandan digərinə keçir.Bunu da qeyd edim ki, papillomalı insanın şəxsi əşyalarından istifadə edilərsə, (stəkan,desmal, süngər, ülgüc və s) bu zaman virusların yoluxma ehtimalı böyükdür.
Papillomanın Müalicəsi:
Papillomaların müalicəsində imunastimulyatorlardan və virusəleyhi preparatlardan istifadə edilir.Kosmetologiyada bu viruslar aradan qaldırmaq məqsədilə koaliqulyasiya üsulundan istifadə olunur.