Гюнай Новрузова hekimtap.az

Гюнай Новрузова

Кардиолог

11 лет опыта работы

Баку
Hipertonik kriz hekimtap.az

Hipertonik kriz

Автор: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97
6812

Опубликовано: 23.04.2020
Гюнай Новрузова

Hipertonik kriz nədir ?

Hipertonik kriz – arterial təzyiqin başlanğıc səviyyədən (normal və ya yüksəlmiş) qəflətən yüksək həddə yüksəlməsidir. Bu zaman beyin, ürək, böyrək qan dövranı kəskin pisləşir və ciddi ağırlaçmalar meydana çıxır (insult, infarkt, aorta divarının laylanması, ağciyər ödemi, kəskin böyrək çatmamazlığı). 

Hipertonik kriz diaqnozu əsasən diastolik təzyiqin 120 mm c.s.-dan yüksək həddində qoyulur; sistolik təzyiq 180 mm c.s. və daha artıq ola bilər. Lakin klinik praktika göstərir ki, simptomlar və hədəf orqanların zədələnməsi bundan daha az rəqəmlərdə də baş verə bilir. 

Hipertonik krizin səbəbləri

Kriz hipertoniya xəstəliyinin istənilən mərhələsində baş verə bilər. Əsas səbəblərə aiddir: 

  • yüksək psixoemosional gərginlik;
  • hipertoniya xəstəliyinin qeyri-adekvat müalicəsi;
  • antihipertenziv preparatların qəbulunun dayandırılması;
  • xörək duzunun izafi qəbulu;
  • alkoqoldan çox miqdarda istifadə;
  • bəzi ikincili hipertenziyalar və s.

Hipertonik krizin növləri

Klinik əlamətlərinə görə hipertonik krizin 2 qrupa ayrılması qəbul olunmuşdur: 

  • ağırlaşmamış hipertonik kriz (I tip);
  • ağırlaşmış hipertonik kriz (II tip).

Ağırlaşmamış hipertonik kriz

Bu tip krizlər hipertoniya xəstəliyinin əsasən başlanğıc mərhələlərində (I-II dərəcə) əmələ gəlir, hədəf orqanların ciddi zədələnməsi baş vermir. Bilavasitə arterial təzyiqin yüksəlməsi ilə bağlı əlamətlər meydana çıxır. Ağırlaşmamış krizlər, adətən çox kəskin və sürətli inkişaf edir, nisbətən qısa müddətlidir (2-3 saatdan çox çəkmir) və antihipertenziv dərmanlarla asanlıqla aradan qaldırılır.

Klinik əlamətlərə arterial təzyiqin yüksəlməsindən başqa oyanıqlıq, narahatlıq, qorxu hissi, taxikardiya, təngnəfəslik, “daxili titrəmə“, soyuq tər, “qaz dərisi“, əllərin əsməsi, üzün qızarması aiddir. Bədən temperaturunun bir qədər yüksəlməsi də mümkündür. 

Beyin qan dövranının pozulması özünü baş ağrısı, başhərlənmə, ürəkbulanma, qusma ilə göstərir. Əksər hallarda əsasən sistolik təzyiqin yüksəlməsi görülür. 

Bu tip krizlər aradan qaldırıldıqdan sonra poliuriya (sidik ifrazının artması) müşahidə oluna bilər. 

Ağırlaşmış hipertonik krizlər

Bu tip kriz hipertoniya xəstəliyinin gecikmiş mərhələlərində (II-III dərəcə) əmələ gəlir, hədəf orqanların ciddi zədələnməsi baş verir (hipertonik ensefalopatiya, hemorragik və ya işemik insult, subaraxnoidal qansızma, beyin ödemi, aortanın laylı anevrizması, ağciyər ödemi, miokard infarktı, kəskin böyrək çatmamazlığı, ağır retinopatiya). 

Klinik əlamətlər ümumi və ya ocaqlı zədələnmələrə bağlı ola bilər: baş ağrıları, başhərlənmə, ürəkbulanma və qusma, huşun pozulması, ətraflarda zəiflik və soyuma, dil və dodaqların keyiməsi, nitqin və görmənin pozulması, bradikardiya, təngnəfəslik, boğulma, döş qəfəsində ağrılar və s. Həmçinin, EKQ dəyişiklikləri də görülə bilər. Göz dibinin müayinəsində bir qayda olaraq II-III dərəcəli ağır retinopatiya aşkar edilir. 

Qeyd etmək lazımdır ki, xəstədə hipertonik krizlərin təkrarlanması antihipertenziv terapiyanın qeyri-adekvat aparıldığını göstərir.

Bədxassəli hipertenziya sindromu

Bədxassəli arterial hipertoniya – arterial təzyiqin yüksək rəqəmlərə qalxması, hədəf orqanlarda üzvi zədələnmələrin sürətlə proqressivləşməsi və antihipertenziv müalicəyə cavabın olmaması ilə xarakterizə olunur. Bu sindrom birincili arterial hipertoniyası olan xəstələrin təxminən 1%-də, əsasən 40-50 yaşlı kişilərdə rast gəlinir.

Əsas klinik simptomlara aiddir: 

  • arterial təzyiqin çox yüksəlməsi; diastolik təzyiqin 130-140 mm c.s.-dan çox olması və dərman müalicəsinə pis tabe olması;
  • demək olar ki, daimi baş ağrıları, başhərlənmə, ürəkbulanma, qusma;
  • görmənin sürətli pisləşməsi (hətta korluğa qədər);
  • ürək çatmamazlığının inkişafı;
  • böyrək çatmamazlığının inkişafı (azotemiya >200 mmol/l).

Hipertonik kriz zamanı nə etməli

Təcili tibbi yardım xidmətinin çağırılması və həkim briqadası gələnədək xəstəyə ilkin yardımın göstərilməsi xəstənin həyatını xilas edə bilər. Bunun üçün xəstəni uzatmaq və yarımoturaq vəziyyət vermək, təmiz hava qəbulunu təmin etmək (pəncərəni açmaq), titrəmə varsa ayaqları isitmək lazımdır. Arterial təzyiqi endirmək üçün təcili yardım preparatları verilməlidir: kaptopril çeynəmək, dil altına nitroqliserin tableti qoymaq, sidikqovucu dərman (furosemid) içmək və s. 

Xəstəyə ilkin yardım göstərildikdən sonra da xəstə bir neçə saat yataqda uzanmalıdır, əks təqdirdə ortostatik hipotenziya – təzyiqin kəskin enməsi və huşun itməsi baş verə bilər. 

Hipertonik krizlərin proqnozu və profilaktikası

Hipertonik krizlərin proqnozu hədəf orqanların nə dərəcədə zədələndiyindən və təxirəsalınmaz yardımın vaxtında göstərilməsindən asılıdır.

Hipertonik krizlərə qarşı əsas profilaktik tədbir kardioloq tərəfindən təyin edilmiş müalicəni əsla dayandırmamaq və göstərilmiş rejim və qaydalara riayət etməkdir. Hipertoniya xəstəliyini düzgün müalicə edən pasiyentlərdə hipertonik krizlər çox nadir rast gəlinir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Гюнай Новрузова

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса