Postpartum kardiomiopatiya nədir
Postpartum kardiomiopatiya (PP KMP) – hamiləliyin son ayında və ya doğumdan sonrakı ilk 5 ay ərzində əmələ gələn, ürək çatmamazlığı əlamətləri və sol mədəciyin funksiya pozğunluğu ilə özünü göstərən, nadir, lakin ciddi ağırlaşmalara səbəb ola bilən klinik tablodur. Bu xəstəlikdə ürək boşluqları (əsasən sol şöbələr) genişlənir, ürək əzələsi “gücsüzləşir” və kifayət qədər qan pompalaya bilmir, bunun nəticəsində ürək çatmamazlığı meydana gəlir.
Hamiləlikdən sonrakı KMP-ni digər ürək çatmamazlığı formalarından fərqləndirən əsas kriteriyalar bunlardır:
Risk faktorları
Hamiləlikdən sonrakı KMP-nin əmələ gəlməsi üçün əsas risk faktorları aşağıdakılardır:
Bütün bunlara baxmayaraq, PP KMP bütün irqlərin nümayəndələrində, çox gənc hamiləlikdə və ilk hamiləlikdə də rast gəlinir.
Postpartum kardiomiopatiyanın səbəbləri
Xəstəliyin əsas səbəbi naməlumdur. Bəzi mülahizələrə görə iltihab, miokardit, anormal immunoloji cavab, qidalanma pozğunluqları, stres, hormonal və digər amillər səbəb ola bilər. Ana bətnində dölün inkişaf edə bilməsi üçün ananın immun sistemi qismən zəifləyir, bu vəziyyət orqanizmə daxil olan bəzi virusların ürək toxumasında daha təsirli ola bilməsi riskini artırır. Hamilələrdə bəzi fetal (dölə aid) hüceyrələr ananın qan dövranına keçib ananın ürəyinə daxil ola bilir. Doğumdan sonra ananın immun sisteminə zəiflədici təsir aradan qalxdığı üçün bu hüceyrələrə qarşı antikorların (immunoqlobulinlərin) əmələ gəlməsi ürək toxumasında zədələnmələrə səbəb ola bilir. Həmçinin, bəzi hormonlar (məs., prolaktin) hamiləlikdə artan oksidativ stres ilə birlikdə ürəyə gələn qan axımını azaldaraq ürək əzələsində hüceyrələrin ölümünə gətirib çıxara bilər.
Klinik əlamətlər
Xəstəlik özünü ürək çatmamazlığı simptomları ilə büruzə verir:
Əksər hallarda bu simptomların bir çoxu hamiləliyin son aylarında və doğumdan sonrakı ilk aylarda zəif şəkildə görüldüyü üçün PP KMP diaqnozu gecikdirilə bilər.
Diaqnostika
Diaqnoz klinik əlamətlərə, EKQ və ExoKQ, kardiak MRT müayinələrinə, qanın laborator analizlərinə əsasən qoyulur.
Müalicə
Hamiləlikdən sonrakı KMP-nin əsas müalicəsi xəstəliyin etioloji, patogenetik amillərinin və ürək çatmamazlığı əlamətlərinin aradan qaldırılmasına yönəldilir. Ağırlaşmaların profilaktikası və müalicəsi aparılır. Ümumi möhkəmləndirici və psixi-emosional sakitləşdirici tədbirlər görülür.
Proqnoz
Xəstəlik erkən aşkar olunarsa və ağırlaşmalar baş verməzsə, proqnoz qənaətbəxşdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az