Рухель Гасымов hekimtap.az

Рухель Гасымов

Вертебролог

8 лет опыта работы

Баку
Bel yırtığı: Fəqərəarası disk yırtığı
 hekimtap.az

Bel yırtığı: Fəqərəarası disk yırtığı

Автор: Vertebroloq Ruhel Qasımov, Əlaqə: (+994) 50 863-66-88
8985

Опубликовано: 01.06.2018
Рухель Гасымов

Bel yırtığı nədir?

Onurğamız 31 ədəd fəqərə sümüklərindən təşkil olunub. Bunlardan 5-i bel nahiyəsində yerləşir. Bu fəqərələrin arasında hərəkəti asanlaşdıran, onurğanın möhkəmliyini, zərbələrə davamlılığını təmin edən fəqərəarası disk yerləşir. Fəqəqəarası disk xüsusi birləşdirici toxumadan ibarət olub iki qatı var: xarici fibroz həlqə, daxili pulpoz nüvə. Xarici qatın strukturu pozulduqda daxili yumşaq pulpoz nüvə xaricə doğru axıb daşır. Bu daşan yırtıq onurğabeyni sinirlərinə təmas edərək sıxır. Buna bel yırtığı- fəqərəarası disk yırtığı  deyilir.

Bel yırtığının səbəbləri

Bel yırtığı adətən 30-60 yaşlarda rast gəlinsədə hər bir yaşda ortaya çıxa bilər.  Bel yırtığının səbəbləri və risk faktorlarına aşağıdakılar aiddir:

 – Artıq çəki – obezite
 – Hərəkətsizlik
 – Siqaretçəkmə
 – Onurğanın fiziologiyasına uyğun olmayan kəskin hərəkətlər
 – Ağır qaldırma
 – Onurğa travması
 – Mübadilə pozğunluqlar, hormonal dəyişikliklər
 – İrsi faktorlar

Bel yırtığının əlamətləri

Bel yırtığının əlamətlərinə bel nahiyəsində ağrılar, bir və ya hər iki aşağı ətraflara (ayaqlara) yayılan ağrılar, ayaqlarda uyuşmalar, keyləşmə, hərəkət məhdudluğu, yerişin çətinləşməsi, oturub- qalxmaqda çətinliklər aid edilir. Bel yırtığı uzun müddət davam edərsə bu əlamətlərə sidik qaçırma, tez yorulma, yeriyə bilməmək kimi əlamətlər də qoşula bilər.

Bel yırtığının diaqnostikası

Hal-hazırda müasir müayinə metodlarından biri sayılan maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi ilə bel yırtığı diaqnozu asanlıqla qoyula bilir, və yırtığın dərəcəsi, ölçüsü təyin etmək mümkün olur. Bəzi hallarda Elektromioqrfaiya (EMQ) kimi sinir keçiriciliyini ölçən müayinə də  lazım olur.  Lakin bütün bü aparatlara baxmayaraq bel yırtığının diaqnostikasında qızıl standard klinik müayiunə və həkimin müşahidə təcrübəsidir.

Bel yırtığının müalicəsi

Bel yırtığının müalicəsi yırtığın, yəni diskin ayağa gedən sinirlərə nə dərəcə təmas etməsindən asılıdır. Əgər təkcə bel ağrı və ayaqlara yayılan ağrılar mövcuddursa , ayaqlarda uyuşma, keyləşmə, güc itkisi və hərəkət məhdudluğu  yoxdursa bel yırtığı ilkin stadiyalardadır demək olar. Bu studiyada xəstəyə yataq istirahəti, belinə güc düçəcək hərəkətlərdən qaçınmaq məsləhət görülür.

Bel yırtığının müalicəsində Fizioterapiyanın rolu

Əgər bunlara baxmayaraq hələ də xəstənin şikayətləri davam edirsə fizioterapiya məsləhət görülür. Fizioterapiya mütləq bir mütəxəsis tərəfindən aparılmalıdır. Fizioterapiya zamanı da ilk bir neçə gündə ağrılar arta bilər. Fizioterapevtin verdiyi müddət ərzində müalicəni davam etdirmək lazımdır.

Bel yırtığının əməliyyatı

Əməliyyat haqqında ən son  düşünülməlidir. Düzəlməyən güc itkisi, ayaqlarda arıqlama, sidik saxlaya bilməmə, dözülməz ağrıların olması və ya MRT müayinəsində diskdən bir hissə qopduğu qeyd edilirsə çarə cərrahi müdaxilə olacaqdır. Bel yırtığı cərrahi müalicə növlərinə: Açıq diskektomiya, mikrodiskektomiya, endoskopik bel yırtığı əməliyyatı.

Bel yırtığının Proloterapiya ilə əməliyyatsız müalicəsi

Proloterapiya regenerativ, bərpaedici müalicə olub, əzələ oynaq xəstəliklərində geniş istifadə edilir. Bel yırtıqlarında proloterapiyanın tətbiqi son illərdə daha da geniş vüsət almışdır. Tamamən ağrısız və zərərsiz olan bu metodun bir çox üstünlükləri vardır. Proloterapiya iynə vasitəsi ilə zədələnmiş toxumaya, bağ və oynaqlara yeridilən proliferativ sağaldıcı maddənin həmin  toxumanı bərpa etməsi, yeniləməsi və gücləndirməsinə əsaslanır. Seanslar 3-4 həftədən bir aparılır, seans sayı xəstədən və xəstəliyin studiyasından asılı olaraq  4-8 olur. Müalicəyə nə qədər erkən başlanılarsa, zədələnmə dövrü nə qədər qısadırsa effektivlik o qədər çox olacaq və sağalma o qədər tez gedəcəkdir.  Seans sayları da erkən zədələnə dövrlərində minimal olur.  Proloterapiya təkcə disk yırtığını deyil, onurğanın oynaqlarını , bağ aparatını gücləndirir. Nəticədə bu bir ağrıkəsici metod deyildir, sağaldıcı metod sayılır. Proloterapiya nəticəni deyil-ağrını, səbəbi sağaldır.

Hər edilən iynə müalicə proloterapiya deyldir. Proloterapiya bir proloterapiya mütəxəsisi tərəfindən aparılmalıdır. Əks halda pasiyent ciddi fəsadlarla üzləşə bilər .

Proloterapiya hətta əməliyyat olmuş , lakin ağrıları keçməyən xəstələrdə də effektivdir. İlk seansdan xəstələrdə ağrının azalması, hərəkət məhdudluğunun aradan qalxması müşahidə edilir.

Proloterapiya etdirmədən əməliyyat qərarı almayın. Əməliyyat zamanı zədələnmiş disk sağalmır, bərpa edilmir. Əməliyyatın məqsədi sinirə təmas edən diskin təmizlənməsi, bir hissəsinin çıxarılmasıdır. Nəticədə ağrınız keçsə də onurğa sütununuz hələ də zədəli olaraq qalır və bir müddət sonra həmin yerdə və ya digər disklərdə təkrar yırtılma baş verərək yenidən ağrılar geri qayıdır.

Sağlam onurğa sağlam hərəkət deməkdir! Orqanizmdən sizə gələn ağrı siqnalına, xəbərdaredici siqnala vaxtında cavab verin və vaxtında həkimə müraciət edin.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az

 


Рухель Гасымов

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса