USM və doppler müayinəsi üzrə mütəxəssis kimi fəliyyət göstərir.
1. Abdominal USM ( qaraciyər , mədəalti vəzi , dalaq , öd kisəsi və öd yollarının ultrasəs müayinəsi );
2. Uroloji USM ( böyrəklərin , sidik yollarının , sidik kisəsinin və prostat vəzin ultrasəs müayinəsi;
3. Androloji USM ( prostat vəzin və toxum kisəciklərinin transabdominal və transrektal ultrasəs müayinəsi ; xayaların ultrasəs və doppler müayinəsi);
4. Ginekologi USM ( uşaqlıq və uşaqlıq artımlarının , yumurtalıqların və ümumilikdə kiçik çanağın transabdominal və transvaginal ultrasəs müayinəsi);
5. Hamiləliyin ( I - II - III trimestrinin ) ultrasəs müayinəsi və dopplerografiyası;
6. Süd vəzilərinin ultrasəs müayinəsi;
7. Limfa düyünlərinin və yumşaq toxumaların ultrasəs müayinəsi;
8. Vəzilərin ( qalxanvari vəzinin , tüpürcək vəzilərinin , böyrəküstü vəzilərin) ultrasəs müayinəsi;
9. Uşaqlarda bud - çanaq oynağının , timus vəzin ultrasəs müayinəsi;
10. Neyrosonografiya;
11. Yuxarı və aşağı ətrafların arteriyal və venoz sisteminin rəngli doppler müayinəsi;
12. Ekstrakraniyal dopplerografiya ( yuxu və onurğa arteriyalarının rəngli doppler müayinəsi);
13. Transkraniyal dopplerografiya ( beyin damarlarının rəngli doppler müayinəsi);
14. Böyrəklərin və böyrək arteriyalarının rəngli doppler müayinəsi;
15. Qaraciyərin və portal sistemin rəngli doppler müayinəsi.